Polşa MN: "Daimi ABŞ bazalarının qurulmasını təkidlə tələb edirik"

2018/09/Снимок_1537008156.png
Oxunub: 545     18:44     15 Sentyabr 2018    
Polşa Müdafiə naziri Vaşinqtonda Polşada daimi ABŞ bazalarının formalaşdırılması ilə bağlı danışıqlar aparır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Polşa Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, nazir Marius Blaşçak Vaşinqtona səfəri əsnasında Pentaqonu və ABŞ Konresini ziyarət edib və yüksək vəzifəli hərbi və siyasi rəsmilərlə bir araya gəlib.

Məlumata əsasən, konqresmen Kris Smitlə mətbuata açıq görüş keçirən Blauşçak görüş zamanı ölkəsinin ABŞ-la hərbi əlaqələrini daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

“Fikrimcə, biz artıq ümumi məzmunlu danışıqları yekunlaşdırmışıq. Bundan sonrakı mərəhələdə artıq təkidlə tələb etdiyimiz daimi bazaların qurulması ilə bağlı detalları müəyyən etməliyik. Bu addım ABŞ və Polşa, həmçinin NATO-nun maraqları üçün olduqca əhəmiyyətlidir”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Polşa  

Polşa MN: "Daimi ABŞ bazalarının qurulmasını təkidlə tələb edirik"

2018/09/Снимок_1537008156.png
Oxunub: 546     18:44     15 Sentyabr 2018    