Ermənistanda özəl silahlı dəstələr: Onlar kimə tabedir?

2018/09/456456_1537007922.jpg
Oxunub: 447     18:37     15 Sentyabr 2018    
Erməni oliqarxların, yüksək vəzifəli şəxslərin cangüdənlərinə qarşı reydlər keçirilməsi, onların asfalta sərilməsi və tərkisilah edilməsindən sonra maraqlı faktlar ortaya çıxıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda bir çox oliqarxlar və ya sabiq məmurlar özlərinin özəl mühafizə təşkilatlarını yaradaraq, onun xidmətlərindən istifadə edirlər. Ən əsası isə bütün bunları Ermənistan qanunvericiliyinə əsasən qanuni yollarla ediblər.

Nəticədə belə çıxır ki, Ermənistanda bandaları xatırladan xırda silahlı qruplaşmalar yaradılıb. Əvvəllər mühafizə üçün Ermənistan polis alayı şəxsi heyət təqdim edirdisə, 2012-ci ildən qəbul olunan “özəl mühafizə fəaliyyət haqqında” qanundan sonra 500 min dram ödəməklə lisenziya alıb, silahlı şəxslərə malik olan mühafizə şirkəti açmaq mümkündür.

Məlumata görə, “Alfa Delta” mühafizə şirkətinin real sahibi erməni parlamentinin sabiq sədri Qalust Sahakyanın oğlu Arman Sahakyandır. “Yerkrapah Sekyuriti” şirkətinin adından məlum olduğu kimi bu mühafizə təşkilatının təsisçisi “Yerkrapah” təşkilarının sədri general Manvel Qriqoyanın oğlu Arman Qriqoryandır.

İrəvanın keçmiş meri Taron Marqaryanın evlərinin mühafizəsini də təşkil edən “Legion” mühafizə şirkəti Avan inzibati rayonunun rəhbəri Manvel Cavadyanın bacısı oğlu Yeqişe Simonyana məxsusdur.

Ermənistan milli təhlükəsizlik xidmətinin general-mayoru Zaven Nanyan “Qrif” və “Mihr” mühafizə şirkətlərinin sahibidir.

“Specnaz” mühafizə şirkəti isə baş mühafizə xidmətinin sabiq rəisi Vardan Minasyana aid olsa da, təsisçi onun arvadı Qayane Minasyandır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Silahlı-dəstələr  

Ermənistanda özəl silahlı dəstələr: Onlar kimə tabedir?

2018/09/456456_1537007922.jpg
Oxunub: 448     18:37     15 Sentyabr 2018    