Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

2018/09/456456_1537001555.jpg
Oxunub: 1157     18:48     15 Sentyabr 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Avqustun 17-i, həm ingilis generalı Denstervilin Bakıya gəlməsi həm də azərbaycanlı zabit Gülməmmədovun qəhrəmanlığı ilə yadda qaldı. Tatar süvari alayının bir bölüyünə Balaxanı kəndindən şimal-qərbdə yerləşən təpəni tutmaq əmri verildi. Gülməmmədov kəşfiyyata göndərildi. Düşmənin mövqelərini öyrənəndən sonra o, düşmən arxasında vahimə yaratmaq və bununla da hücum edən bölüyün işini asanlaşdırmaq qərarına gəldi. Təpənin arxasında başlayan atışma təpədə mövqe tutmuş erməni-rus döyüşçülərini çaş-baş saldı, bundan istifadə edən süvari bölük həmlə etdi. Əlbəyaxa döyüşlə nəticələnən həmlə təpənin tutulması, burada mövqe tutmuş erməni-rus dəstəsinin məğlub edilməsi ilə bitdi. Düşmənin 1 zabit həkimi, 49 əsgəri əsir götürüldü, 3 pulemyot qənimət kimi ələ keçirildi.

Avqustun 19-da ingilis-Sentrokaspi qoşunları yenidən Maştağa kəndi istiqamətində hücum təşkil etdi. 500 piyada, 70 süvari, 3 zirehli avtomobil Maştağanın cənubundan Buzovnaya gedən yolla hərəkət etmək istədilər, lakin Maştağa dəstəsi və Ləzgi süvari alayı tərəfindən geri atıldılar.579 Hələ iyulun axırlarında Şollar su xətti türk-Azərbaycan döyüşçülərinin nəzarətinə keçsə də, insanpərvərliklə seçilən türk-müsəlman komandanlığı şəhər əhalisinin əziyyətlərini nəzərə alaraq su xəttinə toxunmadı.

Lakin Sentrokaspi rəhbərliyi və erməni liderlərinin öz siyasi ambisiyalarından başqa heç nəyi düşünmədiyini, həmçinin ingilislərin də əhalinin problemlərinə biganə olduğunu nəzərə alan QİO komandanlığının əmri ilə avqustun 19-da Bakıya gedən Şollar su xətti kəsildi. Şəhər ayrı-ayrı hovuzlar, kiçik quyulardan çıxarılan su ilə təmin edilməyə başladı.

Bakı ətrafında düşmənin istehkamlar qurmasını nəzərə alaraq hücum istiqamətlərini müəyyənləşdirmək üçün İstanbuldan Osmanlı Ordusu Ümumi Qərargahının Hərəkət (əməliyyat) şöbə müdirinin müavini minbaşı Səffət bəy və QİO komandanlığı 1-ci şöbə müdiri Tofiq bəy Bakı ətrafına gəldilər. Onların qənaətinə görə (avqustun 21-də imzalanan raporta əsasən), Puta-Hacı Həsən xətti bir alayla müdafiə olunmalı; Hacı Həsən-Biləcəri xəttinin 2 km şərqindəki yol arasından qəti hücum hazırlanmalı (Xırdalanın şimal-şərqindəki 364 və 311 №-li təpələri tutulmaq şərti ilə), hücum üçün iki alay və ehtiyat qüvvə kimi bir alay istifadə edilməli; Maştağa və Fatmayıda olan bir taboru Binəqədiyə çəkməli, 6 süvari bölüyünü Balaxanıda cəm etməli; Qurd qapısı təpəsinin (763 №-li təpə) hündür olub yaxşı qorunduğundan orada olan mövqeləri aramsız top atəşi ilə sıradan çıxarmaq və say-seçmə könüllülər tərəfindən tutmalı; top cəbbəxanasını Qobuya, Qüdrətli topları Hacı Həsənə cəm etməli.

QİO komandanlığı verilmiş təkliflərlə razılaşdı və qoşunları Bakı ətrafına hücum üçün cəm etməyə başladı. Avqustun 21-də Gəncəyə gəlmiş Şərq Ordular Qrupunun komandanı Xəlil paşa Azərbaycana əlavə olaraq bir firqənin göndəriləcəyini bildirdi. O, QİO komandanlığına irimiqyaslı döyüşlərə girişməməyi, əlavə qüvvələri gözləməyi tövsiyə etdi. QİO komandanlığı 311 və 364 №-li yüksəkliklərə avqustun 23-də hücum etməyi planlaşdırdı, lakin avqustun 22-də bu plandan imtina etməli oldu. Avqustun 22-də Şərq Ordular Qrupu tərkibində olan 3 alman zabiti Bakı ətrafında dayanan QİO qərargahına gəldi. Almaniya tərəfi artıq anlamışdı ki, Rusiya ilə sövdələşmə Azərbaycan və Türkiyəni narazı salıb, bu sövdələşmənin heç bir faydası olmayacaq, çünki Ənvər paşa Bakını azad etməkdə israrlıdır. Vəziyyətə uyğun olaraq hərəkət etmək üçün alman komandanlığı "oyunu" dəyişdi. 3 alman zabiti Bakı üzərinə hücumda türklərlə və azərbaycanlılarla bərabər alman qoşunlarının iştirak etmək imkanlarını araşdırmalı, bu barədə QİO komandanlığını fikirlərini öyrənməliydilər.

Avqustun 23-də türk və alman zabitlərindən ibarət qrup mövqələri gəzdi, vəziyyəti yerindəcə öyrəndi. QİO komandanlığın şəhəri öz qüvvələri ilə tutacağına əmin olduğunu bildirdi. Alman zabitlərinə şəhərin tutulması ilə bağlı öz tövsiyələrini verməkdən başqa əlac qalmadı. "Alman planına" əsasən bütün süvari qüvvələr Bakının şərqinə, digər qüvvələr isə Bibi-Heybət-Hacı Həsən xəttinə toplanmalı, 5 alay Bibi-Heybət-Hacı Həsən xəttindən hücum etməli, bir tabor Zabratı tutmalı və Balaxanı, Sabunçu arasından, süvari hissələr Hövsan kəndi tərəfdən Zığ istiqamətində irəliləməli, top hissələri üç qrup şəklində toplanıb ehtiyat qüvvə rolunu oynamalıdırlar. Lakin Nuru paşa "alman planı" ilə razılaşmadı. Nuru paşa 311 və 364 №-li təpələrinin tutulmasında israrlı idi, çünki düşmən əlində olan bu təpələrdə kifayət qədər toplar qurulduqda Biləcəri-Xırdalan istiqamətindən şəhərə doğru hücum edən qoşunların qarşısını alardılar.583 Ağdaş süvari bölüyü, 4-cü Ağdaş piyada alayının 1-ci və 2-ci taborları, top taqımı avqustun 23-də Ləki və Ucar stansiyalarından qatarla yola salındılar. 1-ci Ağdaş taboru 107-ci türk alayının Salyandakı 2-ci taborunu, 2-ci Ağdaş taboru 107-ci türk alayının Puta-Ələt arasındakı 3-cü taborunu əvəz etməli, top taqımı Putada yerləşməli idi. 107-ci türk alayının hissələri isə Bakı istiqamətinə göndərildi. Alman zabitləri mövqeləri tərk edən kimi Nuru paşa avqustun 26-da hücumla 311 və 364 №-li təpələrin ələ keçirilməsi əmrini verdi.

Şərq cəbhəsi komandanının əmrinə əsasən hücum aşağıdakı şəkildə qurulmalı idi: 6 ədəd Krup dağ topu (13-cü alayın tərkibindən) 364 №-li təpəni atəşə tutmalı, 38-ci alayın hissələri bu təpəyə hücum etməli idi. Maştağa dəstəsinin əsas qüvvələri və 29-cu türk taboru 311 №-li təpəyə hücum etməli, dəstənin kiçik qüvvəsi Masazır və Mürdəlabi gölləri arasında mövqe tutmalı idi. Xırdalan ətrafına gətirilən rus topları Biləcəri ilə Yanardağ ərazisini nəzarətdə saxlamağa kömək etməli, Biləcəridən təpələrə doğru köməyə gələn qüvvələrə atəş açmalı, ehtiyac olduqda 364 №-li təpəni də atəşə tutmalıydı. Avqustun 26-da səhər başlanan hücum saat ll:40-da 364 №-li təpənin tutulması ilə nəticələndi. 311 №-li təpə top atəşinə tutulmadığından burada düşmənin mövqeləri dağıdılmamış, bu isə hücum edən türk-Azərbaycan qüvvələrini güclü müqavimətlə üzləşmişdi. Həmin təpə və Palçıq vulkanı uğrunda döyüşü 39-cu briqadanın komandanı polkovnik Favielin raportuna əsaslanaraq təsvir edən Denstervil tərəflərin necə şəraitdə vuruşduqlarını göstərir.

Döyüş Palçıq vulkanı istiqamətində 4 düzxətli zəncir şəklində hücum edən türk-azərbaycan döyüşçülərinin hərəkəti ilə başladı. Onları sol cinahda süvarilər dəstəkləyirdi. Palçıq vulkanında kapitan Sparrounun rəhbərlik etdiyi Şimali Stafford alayının "D" bölüyü mövqe tuturdu. Pulemyot və tüfəng atəşi ilə müdafiə olunsalar da, 5-ci həmlədən sonra ingilislərin 1-ci postunun səngərləri tutuldu. Saat 12.30-da türk hissələri pulemyotdan 2-ci və 3-cü postları atəşə tutmağa başladılar, saat 13:30-da bu postlar tutuldu, ingilislər böyük itki verdilər (ölü və yaralılarla 80 nəfər). Bakıdan yük avtomobilləri ilə göndərilmiş 130 nəfər (Şimali Stafford alayından 60 nəfər, Varvik taborundan 70 nəfər) vəziyyəti düzəldə bilmədi. Saat 15:30-da Uoçester alayının 1 bölüyü də çatdı, lakin о da vəziyyəti düzəldə bilmədi. 311 №-li təpədə erməni taboru möhkəmləndi, türk-Azərbaycan hissəsi hücuma keçən kimi bu tabor şəhərə qaçdı. Saat 12:15-də təpəyə gələn Şimali Stafford alayının bir bölüyü türklərdən tez təpədə möhkəmləndi və hücum edən 250 nəfər türk əsgərini atəşə tutdu. Türk hissələrinin toplarla dəstəklən-məməsi bu təpəni ələ keçirməyə imkan vermədi.586 364 №-li təpədən geri çəkilən ingilislər Binəqədi kəndinin şimalından Biləcəri stansiyasına qədər düz xətt üzrə mövqe tutdular. Palçıq vulkanının şərqindəki neft buruqları Varvik taborunun bir bölüyü tərəfindən qorunurdu, Şimali Stafford alayının bir bölüyü isə Biləcəri stansiyası yaxınlığında postda dayanırdı. Ehtiyat qüvvə kimi stansiyada iki erməni taboru dayanmışdı. Lakin Denstervil ermənilərin qorxaqlığını və intizamsızlığını vurğulayaraq onlara о qədər də bel bağlamadığını yazırdı.

Döyüşdə türk hissələrindən 3 zabit, 23 əsgər həlak oldu, 3 zabit və 70 əsgər isə yaralandı. Düşmən tərəfdən 150 cəsəd qalmış, 3 sentrokaspi, 2 ingilis zabiti və 51 ingilis əsgəri əsir alınmış, 14 pulemyot, 100 ədəd top mərmisi, 70 sandıq tüfəng patronu qənimət kimi QİO döyüşçüləri tərəfindən götürüldü.588 Avqustun 26-da ingilis-Sentrokaspi qoşunlarının komandanlığı QİO mövqelərinə güclü hücum planlaşdırdı. Plana əsasən müdafiə mövqelərində dayanan qoşunlardan başqa aşağıdakı qüvvələr hücumda iştirak etməli idi: 1 piyada alayı (8 bölük tərkibində), 7 piyada tabor (14 bölük şəklində), 37 piyada bölüyü, 1 süvari bölüyü, 3 zirehli avtomobil. Həmçinin döyüşdə hidroaviasiya divizionu və Kuban aviadivizionu fəal iştirak etməli, "Göytəpə" hərbi gəmisi qoşunların hərəkətini öz atəşi ilə dəstəkləməli idi. Artilleriya dəstəyi kifayət qədər güclü idi: 2 qaubitsa, 28 səhra topu və 2 dağ topu. Plana əsasən Fatmayı, Göradil və Pirşağı kəndləri ələ keçirilməli, qoşunlar mövqelərdə möhkəmlənəndən sonra hücumu davam etdirərək Novxanı kəndini də tutmalı idilər. Lakin hərbi şəraitin dəyişməsi, QİO qoşunlarının fəallığı ingilis və Sentrokaspi komandanlığına əkshücum təşkil etmək üçün qoşunları toplamağa imkan vermədi. Avqustun 27-də ingilis-Sentrokaspi qoşunları 364 №-li təpəyə hücum etmiş, Maştağa dəstəsinin və 13-cü alayın mövqelərini atəşə tutmuş, təyyarələrlə 10-cu alayın mövqelərinə bomba atmış, hərbi gəmilər Abşeronun şimalında görsənmişdilər.

Bakı ətrafında qızğın döyüşlər baş verdiyi bir dövrdə Bakı ilə bağlı məsələlər ondan çox-çox uzaqlarda müzakirə edilirdi. Avqustun 27-də Almaniya ilə Sovet Rusiyası arasında saziş imzalandı, onun 6-cı fəslinin 14-cü maddəsinə əsasən hər iki tərəf Azərbaycanla bağlı öhdəliklər götürürdülər: Almaniya Gürcüstan sərhədlərindən kənarda baş verən hərbi əməliyyatlarda heç bir üçüncü dövlətə hərbi yardım göstərməyəcək; Almaniya Qafqazda üçüncü dövlətin hərbi qüvvələrinin Kür çayının mənsəbindən Petropavlovsk kəndinə qədər, Şamaxı qəzasının sərhədləri boyunca, Bakı qəzasının şimal sərhədlərindən dənizə qədər olan əraziləri keçməyəcək.

Rusiya Bakı ətrafında neftin hasilatını artırmağı, hər ay istehsal edilən neftin 1/4 hissəsini, əlavə olaraq razılaşdırılacaq rəqəmdən az olmayaraq, Almaniyaya verməyi boynuna götürürdü. Müqavilədə üçüncü tərəf kimi göstərilən Osmanlı dövləti idi. Sazişin mahiyyəti Azərbaycan nümayəndə heyətinə məlum olan kimi, sentyabrın 2-də M.Ə.Rəsulzadə Almaniyanın İstanbuldakı səfiri qraf Valdburqa nota təqdim edərək kəskin etirazını bildirdi. M.Ə. Rəsulzadə bu sazişi, "Azərbaycanın həyati maraqlarını məhv edən müqavilə kimi dəyərləndirirdi.

Müqavilə həmçinin Türkiyə dövlət rəhbərliyini də qəzəbləndirmişdi. Məsələni müəyyənləşdirmək üçün Osmanlı dövlətinin Sədr-əzəmi Tələt paşa sentyabrın 6-da Berlinə gəldi və Almaniya ilə Türkiyə arasında saziş bağlanmasını təklif etdi. Onun təqdim etdiyi layihəyə əsasən "Bakı coğrafi durumu etibarilə Azərbaycan dövlətindən başqasına aid ola bilməz...". Alman tərəfi layihəni Sovet nümayəndəsi İoffeyə təqdim etdi. O, öz növbəsində, layihəyə əlavələr etdi və əlavələrə əsasən Qafqaz Sovet Rusiyasının ərazisi hesab olunmalı idi. İoffeyə görə, Türkiyənin Zaqafqaziyadakı qurumlarla imzaladığı müqavilələr Sovet Rusiyası tərəfindən tanınmır, Sovet Rusiyası onunla Türkiyə sərhədləri arasında bir dövlətin olması ideyasını dəstəkləyir, lakin bu dövlət müsəlman Azərbaycan dövləti olmamalıdır.

Faktiki olaraq, Almaniya və Rusiya Tələt paşanın layihəsini rədd etdilər. Osmanlı dövlət rəhbərliyinin, ilk növbədə sultanın, almanların tələbləri qarşısında tab gətirə bilməyib qoşunları geri çəkəcəyindən ehtiyat edən Ənvər paşa riskli hərəkət etdi. O, Qafqaz müsəlmanlarına verilən vədlərin yerinə yetirilməməsini özünə təhqir kimi qəbul edərək, istefa ərizəsi ilə sultana müraciət etdi. Osmanlı dövləti Almaniyaya Azərbaycan məsələsində güzəştə getmədi, Ənvər paşa öz vəzifəsində qaldı. Bakı ətrafında avqustun 28-i və 29-da hər iki tərəfin mövqeləri atəşə tutulurdu, artilleriya və pulemyot duelləri baş verirdi. Avqustun 30-da düşmən dənizdən desant çıxarmağa cəhd göstərdi. Nasosnıda 3 gəmidən 150-200 nəfərlik desant dəstəsi çıxarıldı, lakin sahil müşahidə postlarından xəbər alan QİO-nun komandanlığı desantı mühasirəyə almaq üçün süvari hissələr göndərdi. Desant dəstəsi döyüşü qəbul etməyib gəmilərə çəkildi.

Avqustun 30-da QİO-nun Bakı ətrafında cəmləşdirilən qoşunları yenidən qruplaşdırıldı. Şimal, Cənub və Qərb taktiki qrupları təşkil edildi. Şimal qrupu (komandan Osman bəy, qərargah - Masazır) Xırdalanın şimalşərqindəki boyun nöqtəsindən Mərdəkandan keçən və dənizə qədər uzanan sahədə dayanır; Qərb qrupu (komandan Cəmil Cahid bəy) Şimal qrupunun Xırdalandakı mövqeyindən başlayıb Puta stansiyasına qədər mövqeləri tuturdu. Cənub qrupu (komandan Həlim Pətöv bəy, qərargah - Hacıqabulda) Puta ilə Ələt arasında yerləşirdi. Bu qrup həmçinin Hacıqabul - Bakı yoluna nəzarət edir, Salyan dəstəsi onun tərkibində idi.594 Tatar süvari alayı Şimal qrupa, 4-cü Azərbaycan alayının 1-ci və 4-cü taborları, Ağdaş süvari bölüyü Cənub qrupa, digər Azərbaycan hissələri isə Qərb qrupuna tabe edildi.

Avqustun 31-nə planlaşdırılan döyüşdə Şimal qrupu Digah-Binəqədi xəttində mövcud olan hakim yüksəklikləri ələ keçirməli idi. 13-cü alay Masazır gölündən cənuba keçərək Binəqədi təpəsində (311 №-li) möhkəmlənməli, 38-ci alayın 1-ci taboru və 29-cu taboru Binəqədi ətrafındakı digər yüksəklikləri tutmalı idilər. Qrupun topları və mürəttəb süvari alayın bir bölüyü hücumu dəstəkləməli idi.

Səhər tezdən saat 4-də Şimal qrupu göstərilən istiqamətlərdə hücuma başladı. Səhər təzə açılmışdı ki, sürətli hücumla 311 №-li Binəqədi təpəsi ələ keçirildi. Polkovnik Favielin raportuna əsasən döyüşü təsvir edən general Den-stervil yazırdı ki, Binəqədi təpəsini başda leytenant Pitti olmaqla Şimali Stafford alayının 80 nəfərlik dəstəsi qoruyurdu. Varvik taborunun bir bölüyünün döyüşə qatılması və pulemyotçuların atəşinə baxmayaraq ingilis qoşunları mövqeni qoruya bilmədi və saat 8:30-da təpədən çəkildilər. Тürк hissələrində tüfəng patronları az olsa da, top mərmiləri və pulemyot patronları kifayət qədər idi və düşmənə güclü atəş açılmışdı. Leytenant Pitti həlak oldu. Sentrokaspi və ingilis qoşunları geri çəkildilər.

Şimal qrupu saat 11:15-də Varvik taborunun bölüyü üzərinə hücuma keçdi. İngilis döyüşçüləri ehtiyatda dayanan erməni hissəsindən kömək almadıqlarına görə itkilər verərək geri çəkildilər. Günün sonuna qədər davam edən döyüşdə türk-Azərbaycan qoşunları Digahın şimal və qərb ətrafını nəzarət altına aldılar, ingilislər Biləcəriyə gedən dəmir yolu və Dərnəgülün qərb hissəsi arasında mövqe tutdular.

Kral Müdafiə Heyətinin Tarix şöbəsinin idarəsində çalışan ingilis generalı F.J.Moberli "1914-1918-ci illər İraq Səfəri" əsərində göstərir ki, döyüşdə ingilislər 4 zabit, 67 əsgər itirdilər. Döyüşdə 6 pulemyot, 1 sıradan çıxarılmış səhra topu, yük arabaları, 38 mətbəx arabası, sursat QİO tərəfindən ələ keçirildi. 107-ci alayın iki taboru Binəqədidəki 311 №-li təpədə möhkəmləndi. 38-ci alayın 2-ci taboru Maştağada, digər taborlar, eləcə də 29-cu tabor Digahın şimal və qərbində, 13-cü alayın bir taboru 364 №-li təpədə idi. 107-ci alayın bir taboru və 13-cü alayın iki taboru ehtiyatda saxlanılmışdı. 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari hissələri Fatmayıda, Ləzgi süvari alayı Binədə yerləşirdi. 38-ci alayın məntəqəsində 2 ədəd Krupp və 4 Şnayder topu, 311 və 364 №-li təpələrdə 2 ədəd rus dağ, 4 ədəd rus səhra və 4 ədəd Krupp topları var idi. Qərb qrupunun 9-cu alayı Puta ilə Hacı Həsən arasında, 10-cu alayı 9-cu alayın sol cinahından Xırdalanın şimal-şərq ətəyi arasında yerləşmiş 14 topla dəstəklənirdi. Cənub qrupunda 4-cü alayın 2-ci taboru və Ağdaş süvari bölüyü Salyanda, 4-cü alayın 1- ci taboru Puta-Ələt arasında, xidmət bölmələri Hacıqabulda və Güzdəkdə yerləşmiş, 8 topla dəstəklənirdilər.

Bütün qüvvələr nəzərə alınmaqla QİO komandanlığı Bakıya hücumu sentyabrın 11-nə, Xəlil paşanın Bakı ətrafındakı mövqelərə gəlməsindən sonraya planlaşdırdı. Avqustun 31-də axşam Sentrokaspi rəhbərləri və erməni liderləri müşavirə keçirdilər. Dəvət edilmiş general Denstervil onların heç bir əməli tədbir görə bilməyəcəyinə əmin oldu. Səhərisi gün saaat 16:00-da o, Sentrokaspi rəhbərləri və erməni liderlərini öz qərargahına dəvət edib məşhur sözləri söylədi: “Yer üzündə heç bir qüvvə Bakını türklərdən qoruya bilməz”.

Ümumilikdə avqust döyüşlərində ingilislər və Sentrokaspi qoşunlarından 2 min nəfər həlak oldu, itkin və əsir düşənlər vardı. Bakının bütün hospital və xəstəxanaları yaralılarla dolu idi. Şəhərdə əhali aclıqdan əziyyət çəksə də qoşunların ərzaqla bağlı problemləri yox idi. Nəticədə şəhərdə qadınlar etiraz mitinqi keçirmək istədilər, lakin cəhdin qarşısı alındı.

Sentrokaspi rəhbərləri və erməni liderlərini döyüşdə iştirak etməməkdə ittiham edən general onlara təslim olmağı məsləhət görürdü. 1918-ci ilin mart-aprel aylarında törotdikləri qırğınlara görə cavab vermələrini anlayan erməni liderləri vaxtı uzatmağa çalışırdılar. Sentyabrın 1-i və 4-də Sentrokaspi rəhbərləri və erməni liderləri məktublar yazaraq bildirirdilər ki, ingilis qoşunlarını şəhərdən buraxmayacaqlar. Onlar tələb edirdilər ki, əlavə qüvvə gətirilsin. Təəssüflə bildirirdilər ki, bolşeviklərlə əlbir olsaydılar, Lenin onlara hərbi kömək göstərər və şəhəri qoruyardı.

Sentrokaspi qüvvələri tərkibində hərbi gəmilərin olması Denstervili şəhəri dərhal tərk etmək fikrindən daşındırdı: о ehtiyat edirdi ki, onun gəmiləri atəşə tutular və ya geri qaytarılar. O, şəhərin müdafiəsini təşkil etmək üçün yeni layihə hazırladı. Generalın yazıları göstərir ki, təhlükəni dərk edən Sentrokaspi rəhbərləri və erməni liderləri qoşunlara təsir etmiş və hərbi böhranı aradan qaldırmağa, məğlubiyyətlərdən sonra ruh düşkünlüyünü qaldırmağa çalışmışdılar. Şəhərdəki qüvvələrin sayı 12,5 min nəfər olsa da, onların döyüş ruhu aşağı idi. QİO-nun uzaqvuran topları Bakıda yerləşən kazarma, anbar və qərargahları atəşə tuturdu. Topçuların sərrast atəşi hətta Denstervili də heyran etmişdi, onun qərargahı bir neçə dəfə dəqiq atəşlə dağıdılmışdı. General bu dəqiqliyi şəhər müsəlmanlarının türk topçularına verdikləri məlumatlarla izah edir və şəhərlə QİO topçuları arasında telefon xəttinin olmasını da istisna etmirdi.

Sentyabrın 1-də Şimal qrupu hücuma keçdi və günün birinci yarısında Digah və Məhəmmədli kəndləri, Digahın cənubundakı 345 №-li təpə tutuldu. Şimal qrupu havaya qaldırılmış bir rus təyyarəsini vurdu və onun Salyan kazarması istiqamətində düşməsini müşahidə etdi. 605 İngilislər Bakıya əlavə qüvvə gətirə bilməsinlər deyə, Ənvər paşa 9-cu Ordudan Cənubi Azərbaycanda əməliyyatlar keçirməyi tələb edirdi. Sentyabrın 1-də Nuru paşanın imzaladığı əmrə əsasən 9-cu Ordu tərkibindən götürülən 15-ci piyada firqə (qərargah, 56-cı və 106-cı piyada alayları, bir Qüdrətli, bir 105 mm-lik Şkoda dağ qaubitsa, bir 105 mm-lik səhra qaubitsa batareyaları) Bakı ətrafına gətirilməli, 5-ci firqə ilə 15-ci firqə arasında sərhəd Yanardağ olmalıdır; Mürəttəb süvari alayı, Tatar süvari alayı və Ləzgi süvari alayı Mərdəkanda birləşməli, Zehni bəyin komandasına verilməlidirlər; 38- ci alay 15-ci firqəyə veriləcəkdir; Gəncə və Kürdəmirdə olan rus toplarının mərmiləri toplanmalıdır; 5-ci firqə qərargahı Qobuda, 15-ci firqə qərargahı Masazırda yerləşməlidir, bu mövqelərlə Güzdək arasında telefon xətti çəkilməlidir, teleqraf rabitəsi yaradılmalıdır; qoşunlar ərzaqla təmin olunmalı, arxada ərzaq ehtiyatı yaradılmalıdır. 15-ci firqə Qarakilsədən avqustun 28-də çıxmağa başladı, Qarakilsə-Dilican-Karvansara-Qazax-Ağstafa yolu ilə hərəkətə keçdi. Öz hissələrindən başqa 9-cu Ordunun qaubitsa səhra batareyası da ona verilməli idi. 15-ci firqə əvəzinə Gümrü-Qarakilsə bölgəsində 36-cı Qafqaz piyada firqəsi mövqələr tutdu.

Xəlil paşanın almanlarla, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə danışıqları nəticəsində türk qoşunlarına Gürcüstan dəmir yollarından istifadə etmək icazəsi verildi. Əslində belə icazəni verən almanlar öz məqsədlərini güdürdülər. Türk komandanlığının Bakını azad etməkdə israrlı olmasını görüb, Bakıda bolşeviklərin devrilməsini və bura ingilislərin gəlməsi xəbərini alan alman komandanlığı Sovet Rusiyası ilə avqustun 27-də bağladığı sövdələşmədən uzaqlaşmağa başladı. Alman komandanlığı Ənvər paşa, Nuru paşa və Türkiyənin Tiflisdəki nümayəndəsi Əbdülkərim paşaya müraciət edərək Bakıya hücumda bir alman taborunun iştirakına icazə verilməsini istədi. Əslində, Gürcüstandakı alman qoşunlarının komandanı Fon Kressenşteyn süvari alayı Bakıya yürüşə hazırlayırdı. Ənvər paşa, Nuru paşa və Əbdülkərim paşa rədd cavabı verdilər, üstəlik Ənvər paşa Nuru paşaya göndərdiyi gizli göstərişdə almanların icazəsiz Bakıya hərbi hissə göndərəcəyi təqdirdə Azərbaycan-Gürcüstan sərhəddindəki körpünü partlatmağı əmr etdi. Özünün 2-ci məktubunda o, əlavə etdi ki, Azərbaycan hökumətinin nümayəndələri ilə məsləhətləşmələr göstərdi ki, Azərbaycan hökuməti almanların ölkələrinə gəlişinin əleyhinədir, lazım gələrsə, onlara silahlı müqavimət göstəriləcəyini bildirir. Öz adından Ənvər paşa bildirirdi ki, məsələ bu həddə çatsa, türk qoşunları Azərbaycan hökumətini dəstəkləyəcək.

Cəbhə xəttində mövcud vəziyyəti öyrənmək üçün QİO Ərkani Hərb rəisi Nazim bəy cəbhəyə göndərildi. Onun fikrincə, Bakıya hücum iki istiqamətdə aparılmalı, bu istiqamətlər arasında Biləcəri və Hacı Həsən arakəsmə xətti olmalı idi. Bölgüyə uyğun olaraq top yerləri müəyyənləşdirilir, ehtiyatlar toplanır, firqə hissələrinin yerləşməsi üçün məntəqələr hazırlanırdı. Maştağada 10 min nəfər üçün ərzaq toplanması başlanıldı. Hücumdan bir gün əvvəl süvari hissələr və azərbaycanlılardan ibarət könüllü hissələr şərqdən və şimali-şərqdən şəhərə hücum etməli idilər. 15-ci firqənin gəlişi sentyabrın 7-si-10-u arası gözlənilirdi, bu vaxta qədər düşmənin hərbi güc imkanlarının öyrənilməsi, Sabunçu və Biləcəri ətrafındakı təpələri ələ keçirmək məqsədi ilə mövqe döyüşlərinin davam etdirilməsi qərara alındı.

Sentyabrın 2-də Şimal qrupu Zabratı tutdu, lakin sentyabrın 3-də ingilis-Sentrokaspi qoşunlarının güclü hücumu ilə oradan çıxarıldı. Həmin gün 311 №-li təpə top atəşinə tutuldu, Hövsan ətrafında döyüşlər davam etdi. Ləzgi süvari alayının 3-cü eskadronunun 1-ci taqımı yunker Cavarxan Ansoxskinin rəhbərliyi ilə düşmənin üstün qüvvələrinin (2 piyada bölüyü, 1 süvari eskadronu, 3 pulemyot, 2 top) hücumunun qarşısını aldı, kömək gələnə qədər 4 saat ərzində vuruşdu.

Nazim bəy və Mürsəl paşa mövqeləri birlikdə gəzərək Nuru paşaya ayrı-ayrılıqda raport göndərdilər. Hər ikisinin qənaəti eyni idi: şəhərə son hücumdan əvvəl Biləcərinin cənub-qərbindəki sahə ələ keçirilməlidir. Balaxanı, Ramana, Sabunçu və Suraxanıda olan düşmən dəstələrini məhv edəndən sonra şəhərə hücum etmək təklifi Mürsəl paşa və Nazim bəyin fikrincə lüzumsuz idi. Kəndlərdə aparılan döyüşlər əlavə itkiyə səbəb olardı, həm də onların şəhərdən uzaq olması Bakıya hücum etməyə maneçilik törətmirdi. Şəhər alınandan sonra oradakı dəstələrin müqavimətini dərhal qırmaq mümkün idi. Sentyabrın 6-da 15-ci firqənin hissələri Ağstafaya çatmağa başladı və dərhal qatarlarla Bakı istiqamətinə göndərildi. 15-ci firqənin komandanı Süleyman İzzət bəy və onun qərargahı Gəncədə Nuru paşa, Əli ağa Şıxlinski, Azərbaycan hökumətinin üzvləri və digərləri tərəfindən qarşılandılar.

Sentyabrın 7-də 15-ci firqənin qərargahı, sonra isə hissələri Hacıqabulda qatarlardan enərək mövqelərə yönəldilər.622 Qeyd etmək lazımdır ki, 15-ci firqə Rumıniyada Qafqaza göndərilmək əmrini aldıqda olduqca güclü idi. Firqənin 8104 nəfər piyadası, 212 süvarisi, 285 istehkamçısı, 62 pulemyotu, 10 mortiri, 45 topu, 2 uzaqvuran topu və bir tank batareyası mövcud idi.

Beləliklə, bu firqənin Qafqaza göndərilməsi qərarı düzgün idi və vəziyyəti dərhal dəyişməyə imkan verirdi. Lakin firqənin gəlişi yubadıldı, o, Gümrü-Qarakilsə istiqamətində yerləşdirildi. Onun tərkibində olan hissələr Qafqaz cəbhəsinin müxtəlif əməliyyatlarına cəlb olunurdu. Nəticədə Bakı ətrafına göndəriləndə firqənin tərkibi zəiflədilmişdi. 15-ci firqə ağır yükləri Gəncədə qoyaraq Bakı istiqamətində hərəkət edir-di. Nuru paşa Xəlil paşaya göndərdiyi teleqramda Bakıya hücumu sentyabrın 12-nə planlaşdırdığını bildirdi, lakin almanlar üçün verilən məlumatda sentyabrın 15-nin hücum günü kimi göstərilməsini xahiş edirdi. Şərq Cəbhəsi komandanı Mürsəl paşaya göndərdiyi məktubda o, bütün hazırlıq işlərinin sentyabrın 11-də sona çatdı-rılmasını tələb etdi. Lakin 15-ci firqənin son hissələrinin yalnız sentyabrın 10-da cəbhəyə çatması nəzərə alınaraq hazırlıq işlərinin sentyabrın 11-də sona çatdırılmasının mümkünsüzlüyü ortaya çıxdı.

Sentyabrın 9-da Mürsəl paşa, 5-ci firqə Ərkani-Hərb rəisi Rüşdü bəy, Süleyman İzzət bəy Binəqədi topçu müşahidə məntəqəsinə gəldilər. Ətraf ərazidən hündürlükdə yerləşən məntəqə Biləcəri və onun ətrafında qoşunların yerləşməsini müəyyən etməyə imkan verirdi. Nuru paşadan alınan teleqramda göstərilirdi ki, Bakıya ikinci hücuma ümumi rəhbərliyi o, öz üzərinə götürmək üçün Gəncədən Bakıya gəlir. Qoşunlar о gələnə kimi döyüş mövqelərini gizlin şəkildə tutmalı idilər: 13-cü alay Hökməlinin cənubunda, 106-cı alay Qobu ətrafında, 38-ci alay 345 №-li təpə və Maştağada, 29-cu tabor 13-cü alayın ehtiyatında.

Sentyabrın 10-da Şərq Ordular Qrupu komandanı Xəlil paşa, QiO komandanı Nuru paşa, Azərbaycan kolordusunun komandiri Əliağa Şıxlinski Bakı ətrafına gəldilər. QİO komandanlığı və Xəlil paşa Güzdəkdə yerləşdilər. Həmin gün onlar müşahidə məntəqələrində oldular, düşmən mövqelərini nəzərdən keçirdilər. Xəlil paşa qoşunların təminatı, əsgərlərin mənəvi durumu ilə tanış oldu, düşmən mövqelərini nəzərdən keçirdi və komandirlərdən hücum planlarını təklif etməyi xahiş etdi. Onunla bərabər gəlmiş bir neçə alman zabiti başda polkovnik-leytenant Parakuin olmaqla öz təkliflərini verdilər: toplar vasitəsilə düşmən səngərləri saatlarla bombalanmalı, düşmən mövqeyinin hər qarışı top atəşinə tutulmalı, sonra isə düşmənin müqaviməti qırılaraq şəhərə daxil olmalı. Bu plan Avropada aparılan "mövqe müharibəsi"nin klassik forması idi. Planı icra etmək üçün nə kifayət qədər top, nə kifayət qədər mərmi ehtiyatı, nə də vaxt var idi, odur ki, "alman planı" qəbul edilmədi.

15-ci firqənin komandiri Süleyman İzzət bəy öz hücum planını təklif etdi: 5-ci firqə gecə ikən hücuma keçir, lakin əsas zərbəni 15-ci firqə endirir, Biləcəri təpələrini ələ keçirir. Azərbaycan süvariləri Əhmədli istiqamətində hücum edir. Bütün qoşunlar elə hərəkət edirlər ki, düşməni şəhərin ortasında və ya Qara şəhərdə sıxsınlar. Düşmən limana çəkilib şəhərdən qaça bilməsin və məhv edilsin. Nuru paşa bu təklifi bəzi cəhətlərinə görə dəyərləndirsə də, ümumilikdə onu qəbul etmədi. Şəhər daxilində gedən döyüşlərdən sonra adətən şəhərin tamamilə məhv edildiyini nəzərə alsaq, dinc əhali arasında itkilərə yol verməməyə çalışan Nuru paşanın bu təklifi qəbul etməməsi labüd idi.

Üstəlik çoxlu sayda neft buruqları, neft anbarları və emal zavodları olan Bakıda şəhər döyüşlərinin aparılması şəhərin yanıb külə dönməsi ilə nəticələnəcəkdi. Bir qrup türk zabiti ayrı bir plan təklif etdilər. Belə ki, yarbay Bəsri (sonralar Atatürk ordusu sərkərdələrindən biri, 1934-cü ildə korgeneral rütbəsinə layiq görülüb), minbaşı Saleh Ömurtak, minbaşı Nazim (1920-ci ildə Atatürkün ordusunda vuruşarkən Kütahya döyüşündə qəhrəmancasına həlak olub), minbaşı Saffet Arıkan, yüzbaşı Tevfik (sonralar Cümhurbaşkanı Genel Sekretarı) mərmi ehtiyatının az olmasını nəzərə alaraq gözlənilməzlik amilindən istifadə edib gecə vaxtı süngü zərbəsi ilə düşmən səngərlərinə soxulmaq təklifini verdilər. Bu təklif hücum planı sayılmasa da, hər halda ümumi planın bir hissəsi kimi Xəlil paşa tərəfindən bəyənildi. Bütün təklifləri nəzərə alaraq komandanlıq hücum planını qəbul etdi.

Sentyabrın 10-da QİO komandanı Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11 sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105 mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından, dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək. Süvarilər Sabunçu-Balaxanı istiqamətindəki düşməni qovacaq, Hövsan, Əhmədli və Keşləni azad edəcək. Cəmil Cahid bəy yenidən Cənub qrupun komandanı təyin edildi; hücum gecə başlamalı (dəqiq vaxt əlavə göstərilməli idi), firqələr bir-birlərini gözləməməliydi.

QİO və 5-ci firqənin qərargahları Güzdəkdə, 15-ci firqənin qərargahı Binəqədidə idi. Nuru paşanın əmrinə əsasən hissə komandirləri müvafiq əmrlər verdilər. Süleyman İzzət bəy onun hücum sahəsinin genişliyi, əmrdə verilən tapşırıqlara nisbətən qüvvələrin az olması barəsində Nuru paşaya məlumat verdi. Belə ki, 15-ci firqənin 45-ci alayı Batumda qalmış, 56-cı alay 5-ci firqəyə verilmiş, 38-ci alay əvvəlki döyüşlərdə itkilər vermiş, 107-ci alay isə (36-cı Qafqaz firqəsi tərkibindən) hələ döyüşlərdə iştirak etmədiyindən təcrübəsiz idi. Nuru paşa göstərir ki, əsas zərbə üçün qərb istiqamətinin seçilməsi onun şəhərin mərkəzinə ən yaxın yer olması ilə bağlı idi.

Sentyabrın 12-də günortaya yaxın 15-ci firqənin tərkibində olmuş süvari hissələr düşmənin diqqətini cəlb etmək üçün immitasiya etdilər, Qüdrətli toplar düşmənin Balaxanı tərəfdəki mövqelərini atəşə tutdu. Vəziyyəti öyrənmək üçün Sentrokaspi qoşunları tərəfindən bir təyyarə havaya qaldırıldı. Düşməndə əsas qüvvələrin Biləcəri istiqamətində toplanması təəssüratı yaradıldı. Həmin gün Nuru paşa yeni əmr imzaladı. Əmrə əsasən 15-ci firqə tərkibində yalnız 38-ci piyada alayı və Azərbaycan qüvvələri saxlanıldı, digər hissələr və artilleriyanın əksəriyyəti 5-ci firqəyə verildi. Bununla belə 5-ci firqənin hücum xəttinin eni 1500 m, 15-ci firqəninki isə 30 km idi.

Bu zaman cəbhədə 8 min türk, 7 min Azərbaycan döyüşçüsü var idi. İngilis mənbələrinə görə, sentyabrın əvvəllərində QİO-nun tərkibində 26 top, 5300 türk, 8000 azərbaycanlı döyüşçüsü var idi. Denstervil öz raportlarının birində, 6000 türk, 8000 azəri döyüşçünün olmasını bildirmişdi. Sentyabrın 12-də qoşunlara əlavə sursat paylanır, düşmən barəsində kəşfiyyat məlumatları toplanırdı.

Kəşfiyyatdan qayıdan Əmənulla əfəndi məlumat verdi ki, cəbhədə 900 ingilis dayanıb, Sentrokaspi qüvvələrində ruh düşkünlüyü var, fərarilik artır. Düşmənin əsas qüvvələri Heybət, Biləcəri və Balaxanı istiqamətindədir. Müdafiəçilər sırasında Biçeraxovun göndərdiyi 500 nəfərlik dəstə var idi. Türk qoşunları tərkibində olan bir ərəb ingilislər tərəfinə keçərək hücumun sentyabrın 14-də başlayacağı və əsas zərbənin qərbdən vurulacağı barəsində xəbər verdi. Ərəbin məlumatlarına görə, türk hərbi komandanlığı hesab edirdi ki, şəhərdə 3000 ingilis əsgəri və 4000 rus əsgəri var, qalanları erməni döyüşçüləridir.

O, həmçinin bildirdi ki, Qafqaz İslam Ordusunun 32 topu var, lakin onlar elə maskalanıblar ki, o, yalnız 4-nü görüb. Əməliyyat ərəfəsində Sentrokaspi diktaturası və ingilis qoşunlarının əksəriyyəti Biləcəri-Balaxanı istiqamətində, süvari hissələri Zığ ətrafında yerləşirdilər. Xüsusi olaraq vurğulanırdı ki, dinc əhali və əsirlərə heç bir ziyan yetirilməməlidir.

5-ci Qafqaz firqəsinin qoşunları dayandıqları mövqelərdə məharətlə maskalanır, bütün yerdəyişmələr gecə həyata keçirilir, düşmən tərəfi dəfələrlə havaya təyyarə qaldırsa da Qurd qapısı istiqamətində qüvvələrin artmasını müəyyən edə bilmirdi. Bakının müdafiəsinə ümumi rəhbərliyi generallar Denstervil və Baqratuni icra edir, cəbhədəki qoşunlara isə Dokuçayev və Keyvort komandanlıq edirlər.

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

Teqlər: QİO   Bakının-azadlığı  

Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

2018/09/456456_1537001555.jpg
Oxunub: 1158     18:48     15 Sentyabr 2018    