Suriya ordusunun İdlib şəhərinə hücumu planı yoxdur - İDDİA

2018/09/Hama-1_1537000315_1537001785.jpg
Oxunub: 280     16:55     15 Sentyabr 2018    
Suriya Ərəb Ordusunun İdlibdə həyata keçirməyi planlaşdırdığı əməliyyat vilayətin konkret bölgələri ilə məhdudlaşdırılmış olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Dəməşqdən olan hərbi mənbə ifadə edib.

Onun sözlərinə görə, Suriya ordusu əməliyyatın Latakiyanın, Həmanın şimalı, İdlibin cənub-şərqi və cənub-qərbini əhatə etməsini planlaşdırır.

Konkret olaraq isə hücum ediləcək bölgələr Əl-Qab ovalığı, Cisr Əl-Şuğur və Əbu-Duhur zonaları olacaq. Ola bilsin ki, ordu Saraqib və Marat Numan ətrafına da hücum etsin, amma bu hələ də müzakirə edilir.

Mənbə iddia edib ki, İdlib şəhərinə hücumla bağlı bir çox şayiələr gəzsə də, Suriya ordusunun şəhərə hücumla bağlı planı yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya   İdlib  

Suriya ordusunun İdlib şəhərinə hücumu planı yoxdur - İDDİA

2018/09/Hama-1_1537000315_1537001785.jpg
Oxunub: 281     16:55     15 Sentyabr 2018    