"Həşd Əl-Şabi" və İŞİD Səlahuddində qarşı-qarşıya gəlib

2018/09/3477171468-crop-608x343_1537000935.jpg
Oxunub: 449     16:48     15 Sentyabr 2018    
“Həşd Əl-Şabi” yarımhərbi qüvvələri İraqın Səlahuddin vilayətində İŞİD hücumunun qarşısını alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər arasında qarşıdurma bölgənin Samara şəhərində baş verib.

Məlumata əsasən, terrorçu qruplaşmanın təxminən 200 nəfərlik hissəsi Samaranın cənubunda Bələd adlanan ərazidə yarımhərbi qüvvələr üzərinə hücum edib.

Dərhal hücuma cavab verən “Həşd Əl-Şabi”nin 43-cü briqadası çox sayda terrorçunu məhv edib.

Qeyri-rəsmi rəqəmlərə görə, qarşıdurmalarda azı 20 terrorçu məhv edilib, daha bir neçəsi yaralı şəkildə ələ keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İraq   Həşd-Əl-şabi   İŞİD   Terrorla-Mübarizə  

"Həşd Əl-Şabi" və İŞİD Səlahuddində qarşı-qarşıya gəlib

2018/09/3477171468-crop-608x343_1537000935.jpg
Oxunub: 450     16:48     15 Sentyabr 2018    