Hindistan S-400-lər üçün ABŞ-ın yaşıl işığını gözləyir

2018/09/7257227D-A8C7-44EC-A80F-0644B479036D_w1023_r1_s_1536999303.jpg
Oxunub: 535     17:56     15 Sentyabr 2018    
Hindistan rəhbərliyi Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alışı üçün ABŞ-ın yekun razılığını gözləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, rəsmi Dehli bu razılığın Putinin 4-5 oktyabr tarixlərində Hindistana baş tutacaq səfərindən öncə əldə edilməsində maraqlıdır.

Belə ki, yerli mənbələrin bildirdiyinə görə, Hindistan hökuməti Putinin səfəri əsnasında iki ölkə arasında S-400-lərin alışı ilə bağlı rəsmi müqavilə imzalanmasını hədəfləyir.

Lakin ABŞ-ın rəsmi olaraq qeyd edilməsə də, qərara çox ciddi təzyiqlər göstərdiyi, buna görə də Hindistanın qərarını gecikdirdiyi bildirilir.

Hətta Hindistan Xarici İşlər naziri Suşma Svarac bildirib ki, tərəflər artıq müqavilənin şərtlərini müzakirə edirlər.

Bəzi mənbələr isə ABŞ-ın Hindistanın bu tələblərinə qarşı olaraq özünün THAAD sistemlərini Dehliyə təklif etdiyini, lakin qarşı tərəfin bu sistemlərin baha olduğunu əsas gətirərək təklifdən boyun qaçırdığını qeyd edir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Hindistan   S-400  

Hindistan S-400-lər üçün ABŞ-ın yaşıl işığını gözləyir

2018/09/7257227D-A8C7-44EC-A80F-0644B479036D_w1023_r1_s_1536999303.jpg
Oxunub: 536     17:56     15 Sentyabr 2018    