Pentaqon yeni Süni Zəka mərkəzi yaradacaq

2018/09/1200px-The_Pentagon_January_2008_1536998935.jpg
Oxunub: 391     17:13     15 Sentyabr 2018    
Pentaqon gəmilər, tanklar, təyyarələr, dronlar, silahlar və digər böyük şəbəkələrə süni zəkanın tətbiqini genişləndirməyi planlaşdırır.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Hezer Bab danışıb.

Onun sözlərinə görə, Pentaqonun İnformasiya Bürosunun rəhbərliyi altında Birgə Süni Zəka Mərkəzinin formalaşdırılması üçün çalışmalar aparılır. Mərkəz süni zəka ilə bağlı gələcək işlərin planlaşdırılması və koordinasiyasından məsul olacaq.

ABŞ Müdafiə Nazirliyinin əsas məqsədi isə bütün xidmətlərdə süni zəkanın istifadəsini genişləndirməkdir. Əsas konsepsiya isə avtonom, avtomatlaşdırılmış ləvazimatların əldə edilməsini sürətləndirməkdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Süni-Zəka  

Pentaqon yeni Süni Zəka mərkəzi yaradacaq

2018/09/1200px-The_Pentagon_January_2008_1536998935.jpg
Oxunub: 392     17:13     15 Sentyabr 2018    