Pentaqon nanotexnologiya printerlərinə investisiyanı artıracaq

2018/09/Снимок_1536997645.png
Oxunub: 223     16:00     15 Sentyabr 2018    
Nanotexnoloji vasitələrin istehsalının daha da stimullaşdırılması üçün Pentaqonda 3D printerlərinin sayının artırılması planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat layihəni həyata keçirəcək “Nano Dimensions” şirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Pentaqon və şirkət arasında uzunmüddətli ikitərəfli əlaqələr mövcuddur və bu, ildən-ilə daha da genişləndirilməkdədir.

“2012-2017-ci illər ərzində Pentaqonun bu sahəyə olan tələbatı orta hesabla 13,5 faiz artım dinamikası göstərib ki, bu tələbatın qarşılanmasında da əsasən bizə müraciət olunub. Ötən il Pentaqonun bu sahəyə tələbatı 3,472 milyard dollar olub. Bizə Pentaqondan bu rəqəmin daha da artırılacağı və xüsusilə bizimlə yeni müqavilələr axtarışında olduqlarını bildiriblər. Ona görə də istehsal gücümüzü bu tələbə uyğun olaraq nizamlamağımız xahiş edilib”, - deyə şirkətdən verilən açıqlamada vurğulanıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Nano-Dimensions   3D-Printer  

Pentaqon nanotexnologiya printerlərinə investisiyanı artıracaq

2018/09/Снимок_1536997645.png
Oxunub: 224     16:00     15 Sentyabr 2018    