Stoltenberq: “NATO Rusiya ilə daha yaxşı əlaqələr qurmaq istəyir”

2018/09/pic_1536943818_1536996562.jpg
Oxunub: 190     15:34     15 Sentyabr 2018    
“NATO-nun silahlara nəzarət və siyasi dialoq məsələləri üzrə Rusiya ilə daha yaxşı əlaqələr qurmağa ehtiyacı var”.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq səsləndirib.

“Əgər yeni Soyuq Müharibəyə, silah yarışına girsək, hamımız məğlub olmuş olacağıq. Buna görə də, səmimi, əvvəlcədən təxmin edilə bilən, müdafiə səylərində etibarlılıq arasında balans yaratmağımız vacibdir. Lakin eyni zamanda silahlara nəzarət və siyasi dialoq məsələləri üzrə Rusiya ilə daha yaxşı əlaqələr qurulmasına da səy göstərməliyik”, - deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, alyans hazırda Yuxarı Şimalla bağlı problemlərin həlli üçün Arktika Şurası vasitəsilə Rusiya ilə birlikdə işləyir.

“Hələ də inanıram ki, şimal qütb zonasında gərginliyi aşağı səviyyədə saxlamaq olduqca əhəmiyyətlidir. Və reallıq bundan ibarətdir ki, bunu qismən bacarırıq. Bura ətraf mühit baxımından çox həssas zonadır. Buna görə də, bölgədəki məsələlərlə bağlı Rusiya ilə birlikdə çalışırıq”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Rusiya   Soyuq-Müharibə  

Stoltenberq: “NATO Rusiya ilə daha yaxşı əlaqələr qurmaq istəyir”

2018/09/pic_1536943818_1536996562.jpg
Oxunub: 191     15:34     15 Sentyabr 2018    