Rusiya və Hindistan birgə “Kudankulam” AES-i genişləndirəcək

2018/09/KUDANKULAM6_1536996020.jpg
Oxunub: 386     15:15     15 Sentyabr 2018    
Rusiya və Hindistan yaxın gələcəkdə “Kudankulam” Atom Elektrik Stansiyasının 5-ci və 6-cı reaktorlarının inşası üçün yer seçimi edəcəklər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

“5-ci və 6-cı bloklar üçün yer seçimində bir sıra problemlər var. Bu məsələ sonsuza qədər davam edə bilməz. Biz yaxın gələcəkdə 5-ci və 6-cı reaktorlar üçün məkanın seçilməsi üzrə razılığa gəlmişik”, - deyə Borisov söyləyib.

O bildirib ki, 3-cü və 4-cü bloklar üzərinə işlər yol xəritəsində göstərildiyi üzrə davam edir və odur ki, hazırda onlarla bağlı problem yoxdur.

Qeyd edək ki, “Kudankulam” AES 1988-ci ildə hökumətlərarası saziş əsasında Rusiyanın texniki yardımı ilə inşa edilib. 2014-cü ildə isə Rusiya və Hindistan AES-in genişləndirilməsi üzrə çərçivə sazişi imzalayıblar.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Hindistan  

Rusiya və Hindistan birgə “Kudankulam” AES-i genişləndirəcək

2018/09/KUDANKULAM6_1536996020.jpg
Oxunub: 387     15:15     15 Sentyabr 2018    