“Nə olur olsun, İdlib hücumu baş verəcək” - Ekspert

2018/09/20180825-036_thumbnail_1536993673.jpg
Oxunub: 422     14:40     15 Sentyabr 2018    
“İdlib istiqamətində əməliyyat hələlik təxirə salınsa da, istənilən halda bu əməliyyat baş verəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə türkiyəli siyasi ekspert Musa Özügurlu bildirib.

“Mənim Dəməşqdən Xümsə səfərim ərzində yol boyunca İdlibə hərbi ləvazimat daşıyan karvanlar gördüm. İdlibdəki vəziyyətin qeyri-hərbi yollarla həllinə dair danışıqlarla paralel olaraq, Suriya hökumət qüvvələri öz hazırlıqlarını da davam etdirirlər”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Dəməşq İdlibi terrorçulardan təmizləməyə qərarlıdır. Buna görə də, gec ya tez bu əməliyyat başlayacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya   İdlib   Terror  

“Nə olur olsun, İdlib hücumu baş verəcək” - Ekspert

2018/09/20180825-036_thumbnail_1536993673.jpg
Oxunub: 423     14:40     15 Sentyabr 2018    