Amerikalı diplomat: "Hədəflənən “Ərəb NATO” planı Türkiyəyə də bir mesajdır"

2018/09/Arab-summit_0_1536993177.jpg
Oxunub: 359     14:34     15 Sentyabr 2018    
"Ərəb dövlətləri arasındakı yaxınlaşmanın Türkiyə üçün təsirləri qaçınılmaz olacaq".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı amerikalı diplomat Corc Liska bildirib.

O qeyd edib ki, bu həftə Küveytdə 8 Körfəz və Yaxın Şərq ölkəsinin iştirakı ilə keçirilən görüşdə potensial hərbi ittifaqın müzakirəsi Türkiyə üçün olduqca vurğulanmalı nüans idi.

Diplomatın sözlərinə görə, Türkiyə onsuz da bu aralar münasibətləri o qədər də yaxşı olmayan region ölkələrinin hərbi ittifaq planını özünə potensial təhdid kimi görməlidir.

“Qətər məsələsindən sonra Türkiyə mövqeyini müəyyən etdi və bu digər Ərəb dövlətlərinin xoşuna gəlmədi. İndi ortaya atılan hərbi ittifaqın başlıca hədəfi məhz Qətərdir. Qətərin təzyiq altında saxlanılması onun başlıca dəstəkçilərindən olan Türkiyə üçün də bir siqnaldır. Zamanında Türkiyənin razılığı olmadan hərəkət etməyən bu dövlətlər indi Türkiyə ilə olduqca zidd mövqedə qərarlaşıb”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Ərəb-NATO  

Amerikalı diplomat: "Hədəflənən “Ərəb NATO” planı Türkiyəyə də bir mesajdır"

2018/09/Arab-summit_0_1536993177.jpg
Oxunub: 360     14:34     15 Sentyabr 2018    