İngilislərin Qafqaza müdaxiləsinin təşkili – DENSTERFORS

2018/09/39_1536992767.jpg
Oxunub: 1923     17:22     15 Sentyabr 2018    
1917-ci ilin payızında ingilislər artıq anlayırlar ki, rus ordusu, demək olar ki, yoxdur və Qafqaza yol tapmaq üçün fürsət yaranır. Öz məqsədlərini "Hindistana gedən yolları almanlardan qorumaq" şüarı ilə gizlətməyə çalışsalar da, aydın idi ki, onları maraqlandıran Cənubi Qafqazın strateji mövqeyi və Bakının neftidir. Lakin baş verən hadisələrə dərhal reaksiya vermək elə də asan olmadı: general Denstervil yazır ki, Bağdaddan Bakıya qədər 800 mil məsafə var, bu məsafəyə qoşun göndərmək üçün isə güc yoxdur. Nəticədə ingilis komandanlığı tərəfindən qərara alır ki, hərbi təlimatçıların başında general Denstervil Tiflisə göndərilsin, rus, gürcü və erməni hərbi hissələrini yenidən təşkil etsin və "türk-alman təhlükəsinə qarşı" mübarizə aparsın.

Lionel Çarlz Denstervil 1865-ci ildə anadan olub və “The United Services College” kollecini bitirib. Bu kollec Kral ordusu üçün gənc kadrları hazırlamaqla kadet korpusu rolunu oynayırdı (yeri gəlmişkən, L.Denstervil məşhur yazıçı Redyard Kiplinqlə bir sinifdə təhsil alıb; tədqiqatçılar hesab edirlər ki, yazıçının "Stalki və K" əsərində Stalki obrazı L.Denstervilin xarakterinə əsasən yaradılıb). 1884-cü ildə kral piyada qoşunlarında xidmətə başlayan gənc zabit Hindistana göndərilir. Burada o, şimal-qərb sərhəddində Vəziristan vilayətində, sonra isə Çində xidmət edir.

I Dünya müharibəsi dövründə Hindistanın şimal-qərbində 1-ci piyada briqadasının komandiri vəzifəsində çalışan polkovnik Denstervil 1917-ci il dekabrın 24-də yeni məxfi əmr aldı. Bu əmr ingilislərin Qafqaza müdaxiləsinin təşkili ilə bağlıydı. Məhz Denstervilin dəstə rəhbəri kimi seçilməsi, zənnimizcə, onun rus dilini yaxşı bilməsi, Rusiyaya simpatiya ilə yanaşması və avantüra xarakterli tədbirlərə meylli olmasıyla əlaqədar idi. Ekspedisiya toplananda L.Denstervilə general-mayor rütbəsi verildi. L.Denstervil 1946-cı ildə İngiltərədə vəfat edib.

General Denstervil komandanlığı həyata keçirərkən Mesopotamiyada olan ingilis qoşunlarının rəhbərliyi ilə əlaqə saxlayır, onlardan təlimatlar alırdı. Ancaq yerlərdə onun fəaliyyətinə birbaşa nəzarət yox idi, təkcə sentyabrın əvvəllərində Bakının qorunmasının qeyri mümkün olması xəbərini aldıqda Bağdaddan general Lyuin gəlmiş, lakin o, Bakıda cəmi bir gün qalmış və Denstervilin ingilis qoşunlarını təxliyyə etmək qərarı ilə razılaşmışdı. General Denstervilin qeydləri onun dəstəsində fəaliyyət göstərmiş bir çox zabitlərin vəzifələrini müəyyənləşdirməyə imkan verir.

Denstervilin missiyasının xüsusi xarakterini nəzərə alaraq onunla işləyəcək zabitlər "müharibənin müxtəlif cəbhələrindən: Fransadan, Salonikidən, Misirdən və Mesopotamiyadan seçilmışdi. Onlar əslən Kanada, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika respublikalarından idi". Ehtimal ki, bu seçim Qafqazın iqlim və relyef şəraitinin xüsusiyyətləri ilə, yuxarıda göstərilən bölgələrdə anadan olmuş zabitlərin belə iqlim və relyefə daha tez uyğunlaşacağı məqsədilə aparılmışdı. Seçilmiş zabit və əsgərlərin zəngin həyat və döyüş təcrübəsi ekspedisiyanın say azlığını kompensasiya etməli idi.

Generalın qeydləri göstərir ki, onlar "osmanlı ordusunun yorğunluğu və az ehtiyatlara malik olması", gürcü və ermənilərin isə "öz torpaqlarını qoruduqlarına görə böyük ruh yüksəkliyi ilə vuruşacağına" və bütün əməliyyatları təmin edəcək "ingilis qızılına" ümid edirdilər. "Türklər almanlardan da bezikiblər və onların pulu yoxdur. Almanlar isə türklərlə daim küsüşürlər". Lakin, general yazır ki, "təcrübə başqa nəticəni göstərdi". General qeyd edir ki, ingilislərin planları alt-üst oldu: "erməni və gürcülər dini motivlərlə bağlı olmayan səbəblərə görə müsəlmanlarla küsüşdülər, kommunist-xristianların hərəkətləri isə ona gətirdi ki, tatarlar türklərlə əlaqə yaratdılar".

Cəbhə xəttində mövcud olan boşluğu doldurmaq üçün ingilis komandanlığı general Baratovun rus korpusunu yenidən təşkil etməyə çalışsa da, buna nail ola bilmədi. Təkcə polkovnik L.Biçeraxovun dəstəsi ingilislərin təklifini qəbul etdi və onlara xidmət etməyə başladı, lakin sayca az olan bu dəstə əməliyatların gedişində dönüş yaratmaq iqdidarında deyildi. 12 zabit, 40 əsgər, 1 zirehli və 41 minik avtomobili ilə Həmədan-Qəzvin-Ənzəli marşrutu ilə hərəkət edən ingilis dəstəsi rəsmən "Densterfors", yəni "Denstervilin qoşunları" adını aldı. Biçeraxovun dəstəsi general Denstervilə Ənzəliyə qədər yol aça bildi, çünki onun rəqibləri zəif silahlanmış, hərbi təhsili və təcrübəsi olmayan yerli əhalidən ibarət idi. Lakin nizami Osmanlı qoşunlarını məğlub edib Qars tərəfdən Tiflisə yol açmaq və ya Bakı Sovetini məğlub edib Bakıdan Tiflisə yol açmaq Biçeraxovun imkanları xaricində idi. Nəticədə ingilis komandanlığı planlarını dəyişməyə məcbur oldu. General Denstervil regionda olan qüvvələrlə əlaqə yaradıb ingilis qoşunları gələnə qədər onların Osmanlı qoşunlarına qarşı müqavimətini təşkil etməli, eyni zamanda ərazilərin ingilis nəzarəti altına keçməsi üçün şərait yaratmalı idi.

Generalın yazdığına görə özü ilə kifayət qədər, "ingilis qızılı və İran gümüşü" götürən Denstervil siyasi baxışlarından asılı olmayaraq ingilislərlə işləmək istənilən qüvvəni öz tərəfinə çəkməli idi. Arxada təhlükəsizliyi təmin etmək üçün general Denstervil əkskəşfiyyat işinə böyük diqqət yetirirdi. Bu işi o, kapitan Saundersə tapşırmışdı. Nəticədə o, alman və türk agentlərini zərərsizləşdirmiş, inqilabi təbliğatçıları aradan götürə bilmişdi. Kəşfiyyat işinin yaxşı təşkili onun dəstəsini dəqiq məlumatlarla təmin edirdi. Eyni zamanda general öz qüvvələrinin sayını artırırdı. O, qeyd edir ki, "Bakı bolşeviklərindən qaçmış rus zabitlərinin bir tərəfə cəlb olunması həm də bütün hadisələrdən xəbərdar olmaq imkanı verirdi. Zabitlərdən ikisi gizli missiya ilə Bakıya göndərildi. Bizim tərəfimizdən xidmətə götürülmüş zabitlər çox dürüst insanlardı, müharibədə fərqlənmişdilər və özlərini göstərmək üçün istənilən tapşırığı yerinə yetirməyə hazır idilər, onlar öz reputasiyalarını doğrultdular".

Tədricən missiya "beynəlxalq çalarlar almağa başladı, çünki bizə üç fransız zabiti qoşuldu. Polkovnik Şardinyinin rəhbərlik etdiyi bu zabitlərdən ikisi sonralar Fransaya qayıtdı, təkcə leytenant Puadebar, Bakının tərəfimizdən itirilməsinə qədər bizimlə qaldı". Bakıda baş verənlər barəsində Denstervilə Erməni Milli Şurasının mütəmadi olaraq yolladığı nümayəndələr və Bakıdakı ingilis konsulu Mak-Donnel xəbər verirdilər.

Мауın əvvəlində Denstervilin qoşunları cəmi bir süvari eskadron, 4 zirehli avtomobil, 50 nəfər piyadadan ibarət olduğundan Azərbaycanda baş verən hadisələrə hərbi yolla müdaxilə edə bilmirdi. O, yazırdı: "indi erməni koloniyası və bolşeviklər Qafqaz İslam Ordusuna qarşı vuruşurlar. Ermənilərə əsl nifrət bəsləyən gürcülər onlara kömək etmirlər. Biz onlara nə ilə kömək edə bilərik? Mənim fikrimcə, bu mümkün deyil. Təkcə qoşunlar qayda-qanunu bərpa edə bilər, bizim isə qoşunlarımız yoxdur... Onlar tam əldən düşənədək bir-birlərini öldür-məkdə davam etməlidirlər, bəlkə onda biz orada qayda-qanun yarada bildik".

May ayında Denstervil öz dəstəsinə "əsasən Bakı aviaməktəbindən olan təyyarəçilər, iyirmiyə yaxın ciddi seçilmiş və çox bacarıqlı rus zabitləri" əlavə etdi. General yazır ki, onlar mənə Qafqazın gələcək işğalı üçün lazım olacaqlar. Hələlik isə onlar Bakı ilə əlaqə yaradıb məlumat toplamaqda çox xeyirlidirlər". Həmin dövrdə Denstervilin dəstəsinə Baş Qərargah zabiti, polkovnik Stoks təhkim edildi. Mayın ortalarında general Qəzvində eser partiyasına mənsub olan bir neçə rus zabiti ilə görüşdü və "gələcək Bakı əməliyyatlarında onlardan kömək" alacağı barəsində razılığa gəldi.

Mayın 25-də Denstervilin dəstəsinə 50 zabit və 150 əsgəri olan polkovnik Keyvort birləşdi. Onlarla birgə İngiltərədən göndərilmiş rus qvardiya suvari hissələrinin zabitləri də gəldi. Məhz bu dövrdə ilk dəfə olaraq general anladı ki, əskərlərinin sayı türk-Azərbaycan qoşunlarının qarşını almaq üçün kifayət etməyəcək. Bununla belə, Bakının tutulması elə böyük üstünlüklər verə bilərdi ki, general avantüraya getməyə hazır idi. Hələlik Biçeraxovu göndərən general bütün vasitələrlə öz qüvvələrinin sayını artırmağa çalışırdı. Bu dövrdə Denstervil Bakı Soveti ilə gizli sövdələşmə imzalayır. O, özü qeyd edir ki, "texnikamız üçün lazım olan benzin bizim düşmənlərin - bolşeviklərin əlində idi; onlar bizə benzin verməsəydilər bizim İrandakı bütün əməliyyatlarımız dondurulardı... Onlara isə maşınlar lazım idi... Biz qərara gəldik ki, 300 funtluq hər benzin partiyasına görə mən dəyəri 100 funt olan bir avtomobil verəcəyəm... Mən Bakı Sovetindən 50.000 funt sterlinq məbləğində benzin aldım və ona görə 10 ford göndərməli idim, lakin bu hökumət artıq devrilmişdi və mən avtomobilləri göndərmədim. Zabitlər və aeroplanlar göndərməklə mən Ənzəlidə mövqelərimizi möhkəmlətdim, bu isə Xəzər dənizinə nəzarət etmək üçün ilk addım idi".

Say azlığını general Denstervil texnika hesabına kompensasiya etməyə çalışırdı. Mayın sonlarında onun dəstəsinə "kommodor Norrisin rəhbərlik etdiyi bir neçə dörddüymlük toplarla silahlanmış kral dəniz piyadaları dəstəsi" qoşuldu. Bu isə Xəzər ticarət gəmilərini silahlandırıb güclü donanmaya malik olmaq imkanı verməli idi. Bımunla belə, general təəssüf hissi ilə qeyd edir: "Göndərdiyim çaparlar vasitəsi ilə demək olar ki, hər gün Bakı ilə əlaqə saxlayırdıq, dostlarımız sosialist-inqilabçılar (eserlər) tezliklə çevriliş etməklə Bakıda yeni hakimiyyət qurub ingilisləri çağıra bilərdilər. Hər gün yarana biləcək fürsətdən istifadə etməк üçün isə mənim kifayət qədər qüvvəm yox idi". "Tezliklə mən xəbər aldım ki, polkovnik Favielin komandanlığı ilə 39-cu piyada briqadası yük maşınlarında tam sürətlə mənim sərəncamıma göndərilib. Bu briqadanın tərkibinə aşağıdakı hissələr daxil idi: Qloçester və Şimali Staftord alaylarının 7-ci yığma taboru və Uorçester və Varvik alaylarının 9-cu yığma ta-boru".

Avqustun 4-də ilk ingilis dəstəsi - polkovnik Stoksun rəhbərliyi ilə Qent alayının 300 nəfərlik dəstəsi Bakıya gəldi. Denstervil yazır ki, "Bakı əməliyyatlarına rəhbərlik etmək üçün kral səhra artilleriyasının zabiti, polkovnik Q.Keyvortu qərargahla birlikdə Bakıya göndərdim".

Erməni Milli Şurasının və Sentrokaspı Dıktaturasının nümayəndələri dəfələrlə Denstervillə görüşüb onun qoşunlarının sayca az olmasını bildirirdilər. Buna cavab olaraq Denstervil deyirdi ki, onun qoşunları təkbaşına vuruşmağa gəlməyiblər, çoxsaylı və yaxşı silahlanmış erməni qoşunlarına təlim keçib onlarla bərabər vuruşacaqlar. Bununla bərabər o, yazırdı ki, "imkan olan kimi Bakıya bütün mümkün olan qüvvələr göndəriləcək".

Avqustun 17-də general Denstervil və onunla bütün dəstəsilə Bakıya gəldi. Çoxsaylı ingilis qoşunları, tanklar və zirehli avtomobillər, möhtəşəm toplar və digər ağır texnika gözləyən Erməni Milli Şurasının və Sentrokaspi Diktaturasının nümayəndələri ingilislərin qüvvələrinin cüzi olduğunu görüb təlaşa düşdülər.

İngilis qoşunlarının say tərkibi və strukturu

General Denstervilin öz qeydləri göstərir ki, toplam halda ingilis qoşunları üç tabor piyada, bir top batareyası, üç yüngül zirehli avtomobil iki aeroplandan ibarət olub. Denstervilin ingilis qoşunlarının azlığını yaxşı anlayırdı: "Bu qədər qoşun olanda bizim hissələrdən ehtiyyat qüvvə ayırmaq çətindir, ona görə də bütün ehtiyat qüvvələr yerli şəhər dəstələrindən təşkil olurdu, lakin onlar tələb olunanda heç vaxt tapılmırdılar. Bizim qüvvələrdən yalnız yerli döyüşçüləri dəstəkləmək üçün bir dəstə və yerli əhəmiyyətli kiçik ehtiyat qüvvəsi yarada bildik. Bakı mövqelərində dayanan ingilis qoşunlarının sayı 900 süngüdən artıq olmayıbr".

İngilis qoşunları müdafiə xəttinin strateji nöqtələrində mövqe tutub. Şəhərdə keşikçi xidmətlərini yerinə yetirən təminat hissələrinin zabit və əsgərləri də əlavə ediləndə ingilislərin canlı qüvvəsinin sayı 1300 nəfər təşkil edirdi. Bu döyüşçülər Qloçester, Şimali Stafford, Uorçester və Varvik alaylarının yığma taborlarından başqa kral səhra artilleriyasının 8-ci batareyası (mənbələrdə 8-16 top olması göstərilir) və 730-cu avtomobil bölüyünə ("Ford" avtomobilləri), həmçinin qərargaha aid idilər.

Azərbaycanda gedən döyüşlərdə ingilis qoşunlarının əsas taktiki bölməsi piyada bölüyü idi. Taqımlardan ibarət bölüklər üç yığma tabor şəklində toplansalar da əslində pərakəndə halda fəaliyyət göstərirdilər. General Denstervil bölükləri strateji əhəmiyyətli mövqelərdə yerləşdirərək, onların cinahlarında və arxada erməni taborları üçün mövqelər seçdi. Erməni taborlarını döyüşə sövq etmək üçün general hər birində 1 ingilis və 3 erməni taboru olan briqada təşkil etməyi planlaşdırırdı, lakin bu planı həyata keçirə bilmədi. Kral səhra artilleriyasının 8-ci batareyasını vahid şəkildə saxlayan general Sentrokaspi Diktaturasının batareyalarını ayrı-ayrı mövqelər arasında böldü. Eləcə də zirehli avtomobillər rus zirehli avtomobilləri ilə bir dəstədə toplanıb ən təhlükəli mövqelərə göndərildi. İngilislər həmçinin "Prezident Kryuger", "Kursk" və "Abo" gəmilərinə yiyələndilər. "Prezident Kryuger" nəqliyyat gəmisi Xəzərdə üzən bütün nəqliyyat gəmiləri sırasında ən sürətlisi olmaqla bərabər, böyük tutumlu idi və təsadüfi deyil ki, məhz burada Denstervil öz müvəqqəti qərargahını yerləşdirdi.

О yazırdı: "Gəmidə mənim bütün qərargahım, kargüzarlar, dəftərxana və üstəlik 300 əsgər üçün otaqlar vardı; ehtiyac yarandıqda gəminin üst göyərtəsində daha 800 əsgər yerləşdirmək olardı. Gəmidə biz səhra radiostansiyasını da quraşdırdıq". Sonra ingilislər daha iki gəmi, "Ventyur" və "İqnati" gəmilərini əldə etdilər və onları silahlandırmağa başladılar. Bu gəmilərdə onlar özləri ilə gətirdikləri bir neçə dörddüymlük top yerləşdirməyə çalışsalar da, Bakını tərk edənədək bu işi sona çatdıra bilmədilər. Təxliyyə zamanı ingilislərdə olan beş gəminin beşi də Ənzəliyə aparıldı. İngilis dənizçilərinin sayı 160 nəfərdən ibarət idi.

İngilis qoşunlarının silahları və hərbi texnikası

Denstervilin öz qeydlərindən aydın olur ki, o, qoşunların say azlığını düşmən üzərində texniki üstünlüyə nail olmaqla kompensasiya etməyə çalışırdı. Cəbhələrdə olan ağır vəziyyət, Bakının ingilis qoşunlarının əsas bazalarından uzaq olması qısa müddət ərzində ağır texnika ilə silahlanmış ingilis qoşunlarını döyüş mövqelərinə göndərməyə imkan vermirdi. Bununla belə, generalın fikrincə şəhəri qoruyub düşməni məğlub etmək üçün Bakıda kifayət qədər silah və sursat vardı. İngilis qoşunları havada tam üstünlüyə malik idilər. Türk-Azərbaycan qüvvələrində təyyarə yox idi. Denstervilin qoşunları isə əməliyyatlarda iki rus və iki ingilis aeroplanı tərəfindən dəstəklənirdi.

İngilis təyyarələrinin növləri sənədlərdə göstərilməsə də ehtimal etmək olar ki, onlar 1918-ci ilin yayınadək ən geniş yayılmış ingilis qırıcısı "Sopviç-Tabloid" olub. Müharibənin əvvəlində vuruşmuş "Sopviç-Pop" təyyarəsinin yeni modeli olan və Tomas Sopviçin ən uğurlu təyyarələrindən "Sopviç-Tabloid" müharibənin ən yüngül, kompakt və manevrli təyyarələrindən idi. İstehsalına 1913-cü ildən başlanan təyyarə iki pilot götürür, 100 at gücündə olan mühərrik saatda 148 km sürəti ilə hərəkət etməyə imkan verirdi. Təyyarə pulemyotla silahlanmış və yüngül bombalar götürə bilirdi.

İngilis qoşunları yüngül zirehli avtomobilə malik idilər. Bakıda çəkilmiş fotoşəkillərdən (Bakı ətrafında döyüşlər zamanı və neft mədənləri yaxınlığında) görsənir ki, Denstervilin qoşunlarında "Rolls-Roys" tipli zirehli avtomobillər var idi. "RollsRoys" zirehli avtomobili 1914-cü ildən istehsal edilirdi, qüllədə yerləşdirilmiş bir pulemyotu vardı. 8 mm qalınlığı olan zirehlə örtülmüş avtomobilin 2-3 nəfərlik heyəti, 3,5 t çəkisi var idi. 40-50 at gücünə malik mühərrik şosse yolunda 80-96 km/saat sürətlə hərəkət etməyə imkan verirdi. Əsasən piyada hissələrə atəşlə dəstək olmaq üçün nəzərdə tutulmuş bu zirehli avtomobil çevikliyi və çətin şəraitə dözümlüyü ilə seçilirdi.

İngilis qoşunlarının topları barəsində olan məlumatlar azdır. Onların səhra topları kimi göstərilməsi ingilis ordusunun ən geniş yayılmış səhra topu -18 funtluq (3,3 düym) QF səhra topunun Bakıda istifadə olunmasını ehtimal etməyə imkan verir. Belə ki, 83,8 mm-lik top hələ 1904-cü ildə layihələşdirilmiş, sadə quruluşa malik olduğundan İngiltərə və Hindistanın bir sıra hərbi zavodlarında istehsal edilirdi. Müharibənin gedişində topun quruluşunda dəyişikliklər aparılırdı: ağac təkərləri üstü rezinli dəmir təkərlər əvəz edir, bir dayaq yerinə iki haçalanan dayaq qoyulur, ən son nümunələrin çapı 87,6 mm-ə çatdırılırdı. Topun döyüş çəkisi 1284 kq, lülənin enib-qalxma bucağı -5-dən +16- yadək, üfiqi tuşlama bucağı 8 dərəcə olub. Тор 8,4 kq çəkisi olan mərmilərlə 8700 m məsafəyə zərbə endirildi.

Bakıda və onun ətraflarında ingilis qoşunlarını təsvir edən fotoşəkillərdə ordunun "Lyuis" yüngül əl pulemyotları və "LiEnfild" tüfəngləri ilə silahlanması aydın görünür. "Li-Enfild" tüfəngi 7,69 mm çapında olmuş, İngiltərə və onun koloniya və dominionlarında ən geniş yayılmış tüfəng növü idi. 1825 m məsafədən hədəfi vurmağa imkan verən tüfəngin ən mükəmməl növü MK III adı ilə 1916-cı ildən istehsal olunurdu. Yeni nəsil "Ross-Enfild" tüfəngində Rusiyanın Mosin tipli piyada tüfəngi və "Li-Enfild" tipli tüfəngin ən yaxşı xüsusiyyətləri birləşdirilərək mükəmməl piyada tüfəngi yaradıldı. MK III tüfənginin bıçaqvari süngüsü var idi. İngilis ordusunun zabitləri 1913-cü ildən silahlanmada olan "Vebley MK VII" beş düymlük (11,5 mm), həmçinin "Smit-Vesson 455 (11,5 mm)" revolverləri gəzdirirdilər. "Smit-Vesson 455 (11,5 mm)" tapançaları ABŞ-da istehsal olunsa da ingilis patronları üçün nəzərdə tutularaq hazırlanırdı. Zabitlərdə olduqca güclü "Vebley-Skott" tapançalarına da rast gəlinirdi. Belə ki, bu silahın 1912-ci il nümunəsi də (beş düymlük) orduda rəsmən silahlanmaya qəbul edildi.

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

Teqlər: İngilis-qoşunları   Densterfors  

İngilislərin Qafqaza müdaxiləsinin təşkili – DENSTERFORS

2018/09/39_1536992767.jpg
Oxunub: 1924     17:22     15 Sentyabr 2018    