ABŞ HHQ bu təyyarələrə yeni xüsusiyyət əlavə etməyə çalışır

2018/09/1920px-89-0471_McDonnell_Douglas_F-15E_Strike_Eagle_(41819235215)_1536992386.jpg
Oxunub: 500     22:33     15 Sentyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri və DARPA 4-cü nəsil təyyarələrin pilot kabinindən dronları idarə etməyə imkan verəcək yeni texnika və proqram təminatını sınaqdan keçirir.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, yeni konfiqurasiya hava müharibəsində yeni kəşfiyyat üstünlükləri, daha çox hücum şansı qazandırmaqla yanaşı, həm də avtonomluq səviyyəsini yeni səviyyəyə daşıyacaq.

ABŞ Hərbi Hava Qüvvələrinin pilotları Kaliforniyadakı “Edwards” bazasında “BAE Systems”lə birlikdə çalışaraq qurudakı təqlidçiləri havadakı qırıcılarla birləşdirərək, 4-cü nəsil təyyarələrin havada dronları necə idarə edə biləcəklərini öyrənir.

“BAE”nin Avtonom Nəzarət üzrə Strateji Təkmilləşdirmə idarəsinin sədri Skip Stolz bu təyyarələrin struktur olaraq avtonom texnikaları idarə etməyə imkan verəcək şəkildə konfiqurasiya edildiyini bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   DARPA   BAE-Systems  

ABŞ HHQ bu təyyarələrə yeni xüsusiyyət əlavə etməyə çalışır

2018/09/1920px-89-0471_McDonnell_Douglas_F-15E_Strike_Eagle_(41819235215)_1536992386.jpg
Oxunub: 501     22:33     15 Sentyabr 2018    