Cənubi Koreya MN: Hazırkı mərhələ KXDR-in nüvəsizləşməsində açar dövrdür

2018/09/242-menteri_pertahanan_menhan_korea_selatan_jeong_kyeongdoo-696x341_1536990990.jpg
Oxunub: 149     13:55     15 Sentyabr 2018    
“Biz KXDR-in nüvəsizləşmə çərçivəsində atdığı addımlarla bağlı daha ətraflı məlumat əldə etmək istəyirik”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yenicə vəzifəyə başlayan Cənubi Koreya Müdafiə naziri Cjeon Kyeon-do bildirib.

O qeyd edib ki, ölkəsi artıq KXDR-in tam nüvəsizləşmədən və beynəlxalq birliyə qapılarını açdıqdan sonrakı mərhələ üçün atacağı addımlara hazırlıq görür.

“Biz nüvəsizləşmə tədbirlərinin tam həcmli həyata keçiriləcəyini ehtimal edirik. Hazırkı mərhələ bu baxımdan olduqca əhəmiyyətlidir. KXDR-in bu mərhələni keçməsi artıq bölgə dövlətlərinin şübhəsiz bir rahatlıq hiss etməsinə səbəb olacaq. Düşünürəm ki, KXDR-in bu addımları sonuna qədər uğurla davam edəcək. Ona görə də biz artıq sonrakı mərhələnin iki ölkə arasındakı inteqrasiya tədbirlərinin təməllərini atmaq üçün hazırlaşırıq”, - deyə nazir bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   KXDR   Nüvəsizləşmə  

Cənubi Koreya MN: Hazırkı mərhələ KXDR-in nüvəsizləşməsində açar dövrdür

2018/09/242-menteri_pertahanan_menhan_korea_selatan_jeong_kyeongdoo-696x341_1536990990.jpg
Oxunub: 150     13:55     15 Sentyabr 2018    