“Türkiyəli partnyorlarımızla İdlibdəki vəziyyəti həll etməyə çalışırıq” – Lavrov

2018/09/thumbs_b_c_2b3a0078a19f5e860f22aa7c49152dc3_1536988197.jpg
Oxunub: 331     13:08     15 Sentyabr 2018    
“Türkiyəli partnyorlarımızla gərgin bir şəkildə İdlibdəki vəziyyəti əldə edilən razılıqlara uyğun olaraq həll etməyə çalışırıq”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Almaniyanın paytaxtı Berlində həmkarı Heyko Maas ilə görüşən Lavrov görüşdən sonra ortaq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Münaqişəsizlik zonaların formalaşdırılmasına dair sazişə işarə edən Lavrov bunun tətbiq edilməsinin vacib olduğunu vurğulayıb. O, İdlibdəki sivillərə yönəlik humanitar yardım dəhlizlərinin yaradılması üçün çalışdıqlarını da bildirib.

Gələn həftə Putin və Ərdoğanın İdlibi müzakirə etmək üzrə bir araya gələcəyini xatırladan Lavrov terrorizmə qarşı mübarizəyə də tam sürətlə davam ediləcəyini diqqətə çatdırıb.

Almaniya Xarici İşlər naziri Maas öz növbəsində Rusiyanı İdlibə hücumun qarşısını almağa çağırıb və belə bir hücumun milyonlarla insan üçün faciəvi nəticələr doğuracağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Rusiya   Suriya  

“Türkiyəli partnyorlarımızla İdlibdəki vəziyyəti həll etməyə çalışırıq” – Lavrov

2018/09/thumbs_b_c_2b3a0078a19f5e860f22aa7c49152dc3_1536988197.jpg
Oxunub: 332     13:08     15 Sentyabr 2018    