Ermənistan sərhəd xəttində təxribata əl atdı: Evlərə və avtomobilə ziyan dəyib

2018/09/1_1536955249.jpg
Oxunub: 9199     03:14     15 Sentyabr 2018    
Senytabrın 13-dən etibarən səhər saatlarından başlayaraq düşmən Tovuzun Qaralar, Muncuqlu, Koxanəbi və Əsrik Cırdaxan kəndini davamlı atəşə tutub.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, bu gün axşam saat 17:00-dan başlayaraq Ermənistan ordusu iri çaplı silahlardan yaşayış məntəqələrini daha intensiv və fasiləsiz atəşə tutub.

Adı çəkilən kəndlərdə xüsusilə də Koxanəbi kəndində evlərin damına, Əsrik-Cırdaxan kəndi ərazisində bir “VAZ” 2107 markalı avtomobilə və Koxanəbi kəndinin qəbirstanlığına ziyan dəyib. İriçaplı silahlardan atılan mərmilər Əsik-Cırdaxan və Koxanəbi kəndinin kəndin mərkəzinə və kəndlərlə rayon mərkəzini birləşdirən yoladək çatıb. Daha çox ziyan Koxanəbi kəndində qeydə alınıb.

Buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərdən açdığı cavab atəşi nəticəsində düşmənin postları sıradan çıxarılıb.

Məlumata görə, cəbhə boyu bütün mövqelərdə vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmənin hər bir atəşinə ikiqat adekvat cavab verilir.

Cümşüd Məmmədov
Ordu.az

Teqlər: Ermənistan   Təmas-xətti   Təxribat  

Ermənistan sərhəd xəttində təxribata əl atdı: Evlərə və avtomobilə ziyan dəyib

2018/09/1_1536955249.jpg
Oxunub: 9200     03:14     15 Sentyabr 2018    