“BMC Power” Türkiyədə quru hərbi vasitələri üçün mühərrik istehsalına çalışır

2018/09/thumbs_b_c_96aa1343a7eaa3769550b990e4dbc33b_1536947060.jpg
Oxunub: 272     01:52     15 Sentyabr 2018    
“BMC Power” Türkiyədə hərbi və eyni zamanda mülki sahədə ehtiyac duyulan quru vasitələrində istifadə ediləcək mühərriklər üzərində çalışır.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mühərriklərin istehsalı üzrə üç istiqamətdə çalışmalar aparılır.

Məlumata görə, “BMC Power” rəsmiləri Türkiyədə təşkil ediləcək SAHA EXPO 2018 müdafiə sərgisində özünün yeni ərsəyə gətirdiyi mühərriki təqdim edib.

Təxminən 1,5 illik qısa bir tarixə sahib olan şirkət mühərrik və enerji ötürmə orqanlarının dizaynı, hazırlanması, istehsalı, sınağı və dəyərləndirilməsinin Türkiyə daxilində həyata keçirilməsi məqsədilə fəaliyyət göstərir.

Mühərrik çalışmalarından birincisi Türkiyə Müdafiə Sənayesi Nazirliyi ilə imzalanmış müqavilə çərçivəsində yeni nəsil yüngül zirehli vasitələrin paletli konfiqurasiyasının enerji qrupu ehtiyacının qarşılanması məqsədilə ərsəyə gətirilən avandanlıq təşkil edir.

Bu ilin yanvarında başladılan layihə çərçivəsində 68 aylıq çalışmalardan sonra 1000 at gücünə malik enerji paketinin prototipinin hazırlanması hədəflənib. Zirehli vasitələr üçün təkmilləşdirilən mühərrikin konsept dizayn mərhələsi isə bu ilin sonundan tamamlanacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   BMC-Power   Hərbi-Vasitə-Mühərrikləri  

“BMC Power” Türkiyədə quru hərbi vasitələri üçün mühərrik istehsalına çalışır

2018/09/thumbs_b_c_96aa1343a7eaa3769550b990e4dbc33b_1536947060.jpg
Oxunub: 273     01:52     15 Sentyabr 2018    