Qlobal aeroport müşahidə radar bazarı: 2018-2023

2018/09/maxresdefault_1536946122.jpg
Oxunub: 426     01:38     15 Sentyabr 2018    
Qlobal aeroport müşahidə radar bazarı 2018-2023-cü illər ərzində illik 5,5%-lik sürətlə dəyər qazanacaq.

Ordu.az "ResearchAndMarkets.com" saytına istinadən xəbər verir ki, bazarın sürətli böyüməsinə stimul verən bir neçə faktor mövcuddur.

Son onillikdə kompaniyaların xarici dövlətlərdə fəaliyyətlərini genişləndirməsi, qlobal bazar üçün əmtəə və xidmətlər istehsalını artırması, həmçinin təhlükəsizlik ehtiyaclarının yüksəlməsi bu radarlara olan tələbatı artırır.

Radarlar təyyarənin hava limanı ətrafındakı mövqeyini müəyyənləşdirmək üçün istifadə edilir. O, həm də hava nəqliyyatına nəzarət edir. Sistemin nəzarət radiusu təqribən 56-93 kilometr aralığındadır.

Sözügedən radarlar 56-93 kilometr radius boyunca 7,6 kilometr yüksəklikdən alçaqda olan bütün təyyarələri aşkarlama və izləmə imkanına malikdir. Onun əsas istehsalçıları “Harris Corporation”, “Thales”, “Lockheed Martin”, “Raytheon”, “BAE Systems”, “Northrop Grumman”dır.

Ağalar Ağalarlı

Teqlər: Aeroport-Müşahidə-Radarları   Bazar-Araşdırması  

Qlobal aeroport müşahidə radar bazarı: 2018-2023

2018/09/maxresdefault_1536946122.jpg
Oxunub: 427     01:38     15 Sentyabr 2018    