Çin ilk dəfə olaraq Avstraliyanın dəniz təlimlərində iştirak edib

2018/09/us_navy759_1536945716.jpg
Oxunub: 189     01:19     15 Sentyabr 2018    
Çin Xalq Azadlıq Ordusunun donanması ilk dəfə olaraq Avstraliyanın ən böyük hava və dəniz təlimləri olan “Kakadu 2018” hərbi təlimlərində iştirak edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, avqustun 30-da başlayan təlim sabah başa çatacaq.

27 ölkənin iştirak etdiyi təlimlərə bu il 23 sualtı və suüstü gəmi, 21 təyyarə, 3 mindən çox hərbi qulluqçu qatılıb. Təlim hər iki ildən bir təşkil olunur.

2016-cı ildəki təlimlərə müşahidəçi qismində qatılan Çin donanması bu ilk dəfə olaraq tam şəkildə iştirak edib. Çin donanması təlimə “Huangshan” freqatını, ABŞ donanması isə “USS Michael Murphy” esminesini və P-8A dəniz patrul təyyarəsini göndərib.

Qeyd edək ki, “Huangshan” “Type 054A” sinifli freqatdır. Çoxfunksiyalı platforma olan bu gəmi əleyhinə raketlər və orta mənzilli havadan müdafiə raketləri ilə təchiz edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Avstraliya   Çin   Kakadu  

Çin ilk dəfə olaraq Avstraliyanın dəniz təlimlərində iştirak edib

2018/09/us_navy759_1536945716.jpg
Oxunub: 190     01:19     15 Sentyabr 2018    