Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə Britaniya donanmasının komandanı Stefan Krokat danışıb.
Onun sözlərinə görə, bu ilin sonlarına planlaşdırılan təlimdə iki ədəd cəld şaquli qalxma/enmə versiyalı F-35B təyyarəsi 200-ə qədər amerikalı və britaniyalı hərbi personalla sözügedən aviadaşıyıcının göyərtəsində təlim keçəcək.
Hazırkı planlara görə, Kral donanması payız aylarında ard-arda iki belə sınaq keçirəcək. Həmin sınaq mərhələrində F-35 sınaq komandansının müxtəlif növ hava manevrləri yerinə yetirməsi gözlənilir.
Bu təyyarələrin gələn il əməliyyat sınağından keçirildikdən sonra 2020-ci ildə Kral donanmasında tam əməliyyat qabiliyyəti əldə etməsi planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az