Türkiyə öz imkanları ilə helikopter uçurda bilən 7-ci ölkə oldu

2018/09/thumbs_b_c_7afe6453da0bcf11b235fe0868ba29bd_1536943493.jpg
Oxunub: 551     00:43     15 Sentyabr 2018    
“Türkiyə öz imkanları sayəsində helikopter layihələndirib, bunu havaya qaldıra bilən yeddinci ölkə oldu”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Türk Havacılık ve Uzay Sanayii” (TUSAŞ) İdarə Heyətinin sədri Təməl Kotil bildirib.

“T625 ümumi məqsəd helikopterimiz Allaha şükür ki, ayın 6-da təhlükəsiz bir şəkildə uçdu. Onu havaya qaldırdığımız zaman, Türkiyə öz imkanları ilə helikopterin layihəsini hazırlayıb, uçurda bilən yeddinci ölkə oldu”, - deyə Kotil söyləyib.

Türkiyə müdafiə sənayesinə töhfə verən və bu sahədə məsuliyyət üstlənmək istəyən firmalar bu il ilk dəfə təşkil olunan SAHA EXPO 2018 Müdafiə, Aviasiya və Kosmos Sənayesi sərgisində bir araya gəliblər.

Burada firmasının yeni uğurlarından danışan Kotil helikopter istehsalı məsələsində xeyli irəliləyiş əldə etdiklərini bildirib və Türkiyənin helikopter bazarında 2%-lik paya sahib olmasının hədəfləndiyini vurğulayıb.

Onun sözlərinə görə, TUSAŞ təkcə bir helikopterdən 300 milyon dollar, bu il isə 2 milyard dollar gəlir əldə edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Helikoper   T-625  

Türkiyə öz imkanları ilə helikopter uçurda bilən 7-ci ölkə oldu

2018/09/thumbs_b_c_7afe6453da0bcf11b235fe0868ba29bd_1536943493.jpg
Oxunub: 552     00:43     15 Sentyabr 2018    