Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, ayrılan vəsaitin 65 milyon dollar olduğu bildirilir.
W76-2 adlandırılan döyüş başlıqları üçün 65 milyon dollar əlavə vəsaitin ayrılması qərarı Konqresin nümayəndələr palatasının səsverməsində 377 nəfərin lehinə, 20 nəfərin əleyhinə səs verməsindən sonra qəbul edilib.
Bir öncəki gün Senatda 92-nin 5-ə səs çoxluğu ilə qəbul edilən qanun layihəsi bundan sonra təsdiq üçün ABŞ prezidentinin imzasına təqdim ediləcək.
Ağalar Ağalarlı
Ordu.az