Rusiya Ka-52 helikopterlərini təkmilləşdirəcək

2018/09/1202927-1_1536941359.jpg
Oxunub: 389     00:10     15 Sentyabr 2018    
Rusiya Ka-52 helikopterlərini daha uzaq mənzilli raketlərlə təchiz edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı istehsalçı “Helicopters of Russia” şirkətinin mətbuat xidməti yayıb. 

Bildirilib ki, helikopterin hazırkı modeli “Vixr-1” tank əleyhinə raketlərlə təchiz edilib ki, Rusiya hərbi rəhbərliyi də bunun yetərsiz olduğu qənaətindədir.

Buna görə də şirkət 2011-2012-ci illərdən istehsalına başlanan “Germes-A” raketlərini helikopterə inteqrasiya etməyi planlaşdırır.

Məlumata görə, raketlər Ka-52 ilə yanaşı, uzun perspektivdə həm də Mi-28N, Mi-35 və Mi-8AMTSh aviasiya vasitələrinə də əlavə ediləcək ki, bu da onlara 20 kilometr zərbə radiusuna sahib olma imkanı verəcək.

Qeyd edək ki, “Vixr” raketləri ilə təchiz edilən Ka-52 helikopterləri ötən il yayda Suriyada anti-terror əməliyyatlarında olduqca uğurlu nəticələr göstərmişdi.
 
Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Ka-52   Helikopter   Modernizasiya  

Rusiya Ka-52 helikopterlərini təkmilləşdirəcək

2018/09/1202927-1_1536941359.jpg
Oxunub: 390     00:10     15 Sentyabr 2018    