Ermənistan Silahlı Qüvvələri Qarabağda təlimlərə davam edir - ŞƏRH

2018/09/33333_1536940910.jpg
Oxunub: 706     23:58     14 Sentyabr 2018    
Ermənistan ordusu işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçməkdə davam edir.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, artıq üç gündür davam edən təlimlərdə əsasən tank və artileriya bölmələri iştirak edir.

Atışlar zamanı baş verən partlayışlar cəbhəyanı yaşayış məntəqələrində eşidilməklə yanaşı, hətta torpaq titrəməsinə də səbəb olur. Ağdam rayonunun işğal altında olan Maqsudlu, Kəngərli, Tərneft, Şahbulaq, Papravənd kəndlərinə yaxın və Uzundərə adlanan ərazilərində keçirilən təlimlər qoşunların qarşıdurma xəttindən açıq şəkildə müşahidə olunur.

Ehtiyyatda olan, polkovnik-leytenant, aprel döyüşlərinin iştirakçısı Eldəniz Hüseynov ermənilərin təlimlərdə əsasən müdafiə xarakterli döyüş manevrlərindən istifadə etdiyini vurğulayır: "Müşahidələrdən göründüyü kimi düşmən bölmələri müdafiə üzrə ciddi işlər görür. Təlimlərin görünən ərazilərdə keçirilməsi də təsadüfi deyil. Onlar həmin ərazilərdə yəni Ağdam rayonunun cinahlarında müdafiə olunacaqların yaxşı bilirlər. Məhz buna görə də Ermənistanın müxtəlif ərazilərində yerləşən bölmələri bu ərazilərdə təlimlərə cəlb edilir ki, hərbçilər həm əraziyə bələd olsunlar, həm də müdafiə olunmağın sirlərinə yiyələnsinlər... Ümumilikdə onu da qeyd edim ki, aprel döyüşlərindən öncə də bunların təlimlərinin ardı-arası kəsilmirdi. Lakin döyüşlər zamanı cəmi 40 dəqiqə müdafiə oluna bilməyib geri çəkildilər”.

E.Hüseynov, həmçinin təlimlərin yuxarıda qeyd olunan ərazilərdə keçirilməsində digər məqsədin cəbhə sakinləri arasında təşviş yaratmağa hesablandığını qeyd edib. Lakin cəbhəətrafı yaşayış məntəqələrində yaşayan insanlar heç bir təşviş yaşamadıqlarını bildirirlər.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Ermənistan   Qarabağ   Təlim  

Ermənistan Silahlı Qüvvələri Qarabağda təlimlərə davam edir - ŞƏRH

2018/09/33333_1536940910.jpg
Oxunub: 707     23:58     14 Sentyabr 2018    