“Lockheed” Yunanıstanın F-16 qırıcılarını modernizasiya edəcək

2018/09/223311_1536939151.jpg
Oxunub: 209     23:34     14 Sentyabr 2018    
Afina hökuməti və “Lockheed Martin” şirkəti arasında bağlanan müqaviləyə əsasən Yunanıstana məxsus F-16 qırıcıları modernizasiya ediləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, layihə Yunanıstan Hərbi Hava Qüvvələrinin tərkibindəki 85 ədəd F-16 qırıcısını əhatə edəcək.

Məlumata əsasən, növbəti həftənin ilk günündən start veriləcək layihənin təqribən 1 il davam etməsi planlaşdırılır.  

Qeyd edək ki, modernizasiya nəticəsində F-16-lar yeni radar sistemləri və APG83 nəzarət sistemləri ilə təchiz ediləcək. Təkmilləşdirilmiş qırıcılar proqram təminatına görə 95 faiz, texniki təchizata görə 75 faiz F-35 qırıcıları səviyyəsində olacaq. 

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Yunanıstan   Lockheed-Martin   F-16   Modernizasiya  

“Lockheed” Yunanıstanın F-16 qırıcılarını modernizasiya edəcək

2018/09/223311_1536939151.jpg
Oxunub: 210     23:34     14 Sentyabr 2018    