Kərkükdə 17 İŞİD üzvü ələ keçirilib

2018/09/3820358bd99aa361500d88f94864f14d_1536933870.jpg
Oxunub: 186     22:29     14 Sentyabr 2018    
İraq təhlükəsizlik qüvvələri ölkənin Kərkük vilayətində İŞİD terrorçularına qarşı əməliyyat keçiriblər.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əvvəlcədən əldə edilmiş kəşfiyyat məlumatına əsasən Kərkükdə İŞİD terrorçularının fəaliyyəti aşkarlanıb.

Bu məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində təhlükəsizlik qüvvələrinə qarşı hücum hazırlığında olan 17 terrorçu ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İraq   İŞİD   Terror  

Kərkükdə 17 İŞİD üzvü ələ keçirilib

2018/09/3820358bd99aa361500d88f94864f14d_1536933870.jpg
Oxunub: 187     22:29     14 Sentyabr 2018    