Merkel Britaniya ilə hərbi əməkdaşlığı gücləndirmək istəyir

2018/09/731515_img650x420_img650x420_crop_1536932303.jpg
Oxunub: 1190     21:37     14 Sentyabr 2018    
Almaniya kansleri Angela Merkel “Brexit”dən sonrakı dövrdə Birləşmiş Krallıqla hərbi əməkdaşlığı gücləndirməyi planlaşdırır.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə o, Litvanın paytaxtı Vilnüs şəhərində baş tutan konfransda danışıb.

Kansler bildirib ki, özü Avropa İttifaqının “Brexit”dən sonra Birləşmiş Krallıqla hərbi əməkdaşlığı möhkəmləndirməsini istəyir.

“Biz Britaniya ilə yaxşı və etibarlı əlaqələr istəyirik. İsətiyirik ki, Aİ-nin 27 üzv dövləti ilə Britaniya arasında təhlükəsizlik və müdafiə siyasəti sahəsində yaxın əməkdaşlıq əlaqələri quraq”, - deyə o vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Britaniya  


Bizi "telegram"da izləyin