Cənubi və Şimali Koreya yeni birgə rabitə idarəsi açıb

2018/09/137467787_15369272824741n_1536932114.jpg
Oxunub: 319     21:24     14 Sentyabr 2018    
Cənubi Koreya və Şimali Koreya tərəflər arasında kommunikasiyanın gücləndirilməsi məqsədilə ortaq rabitə idarəsi yaradıb.

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyadan olan mənbələr bildiriblər.

Məlumata görə, KXDR-in Cənubi Koreya ilə sərhədindəki Kaesonq qəsəbəsində yaradılan mərkəzin açılış mərasimi yerli vaxtla bu gün 10:50-də baş tutub.

Açılış mərasimində hər iki tərəfdən olmaqla təxminən 50-yə qədər hökumət rəsmisi və eksperlər iştirak ediblər. Həm Cənubi Koreya, həm də KXDR-dən mərkəzdə 20 rəsmi çalışacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   KXDR  

Cənubi və Şimali Koreya yeni birgə rabitə idarəsi açıb

2018/09/137467787_15369272824741n_1536932114.jpg
Oxunub: 320     21:24     14 Sentyabr 2018    