Pakistan HHQ-nin rəhbəri: "Türkiyə ilə çox sıx hərbi əlaqələrimiz var"

2018/09/thumbs_b_c_964cfaa324bd4854d5308f91aa419be2_1536930135.jpg
Oxunub: 222     20:50     14 Sentyabr 2018    
“Türkiyə və Pakistan müdafiə əməkdaşlığını genişləndirmək üçün böyük imkanlara və qabiliyyətə sahibdir”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Pakistan Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Mücahid Ənvər Xan bəyan edib.

Ənvər Xan ölkəsi ilə Türkiyə arasında hərbi sahədə sıx əlaqələrin olduğunu xatırladaraq, iki ölkənin bu əlaqələri bundan sonra da genişləndirmək üçün böyük imkanlara sahib olduğunu bildirib.

O, həm geosiyasi, həm də geostrateji şərtlər baxımından Pakistan və Türkiyənin bənzər çətinliklərlə qarşı-qarşıya olduğunu diqqətə çatdırıb.

Eyni zamanda iki ölkənin hava, quru və dəniz sahəsində hərbi məsələlər üzrə yaxın əlaqələrə sahib olduğunu, müdafiə və təhlükəsizlik sahəsində paylaşılması mümkün olan xeyli ortaq nöqtənin mövcudluğunu dilə gətirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Pakistan  

Pakistan HHQ-nin rəhbəri: "Türkiyə ilə çox sıx hərbi əlaqələrimiz var"

2018/09/thumbs_b_c_964cfaa324bd4854d5308f91aa419be2_1536930135.jpg
Oxunub: 223     20:50     14 Sentyabr 2018    