Müqəddəs yola doğru: Müsəlman və Qafqaz İslam Korpusunun təşkili

2018/09/11111111111111111_1536929294.jpg
Oxunub: 791     15:41     15 Sentyabr 2018    
1917-ci ilin sonunda Cənubi Qafqazda yaranmış kəskin hərbi-siyasi vəziyyət real qüvvələrə arxalanaraq sürətli və çevik hərəkətlər tələb edirdi. Lakin milli mənafelərin keşiyində dayanan ziyalılar və burjuaziya acı həqiqətlə üzləşdi: Azərbaycan xalqının dayağı və istinadgahı ola biləcək real hərbi qüvvə yox idi.

Tədqiqatçı M.Süleymanov haqlı olaraq qeyd edir ki, "Milli hərbi qüvvələrin yaradılması Azərbaycan xalqının milli mənafelərinin qorunması zərurəti ilə deyil, bəlkə də yaranmış şəraitdə millətin fiziki mövcudluğunun qorunması zərurəti ilə şərtlənirdi. Azərbaycan xalqının fiziki məhvində maraqlı olan qüvvələrin hərbi gücə malik olması və ondan istənilən vaxt, istənilən şəkildə istifadə edilməsi ilə artmaqda olan ümummilli təhlükə yalnız müvafiq hərbi qüvvələrin təşkili ilə aradan qalxa bilərdi".

Çar üsuli-idarəsinin yeritdiyi məqsədyönlü siyasət nəticəsində ermənilər və gürcülərlə müqayisədə azərbaycanlıların hərbi hazırlığı yox idi. Milli tərkibli hərbi qüvvələrin yaradılmasını təşkil etmək istiqlal mübarizəsinin qarşısında dayanan başlıca vəzifələrdən biri idi. I Dünya müharibəsinin gedişində yaradılmış Tatar süvari alayının fəaliyyəti sübut etdi ki, azərbaycanlılar döyüşkənlik ruhunu və vuruşmaq qabiliyyətini itirməyiblər. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının qurultayında xüsusi büro yaradıldı və bu büroya Azərbaycanın səfərbərlik imkanlarını müəyyənləşdirmək üçün müsəlman əhalisinin siyahıya alınması tapşırıldı. Çəmənzəminli yazırdı: "Vacib məsələlərimizdən biri milli qoşundur. Milli qoşun düzəlsə, ölkəmizdəki başsızlığı dövrən aradan qaldırmaq mümkündür".

Rusiyada Fevral inqilabı nəticəsində hakimiyyətə gəlmiş Müvəqqəti hökumət erməni milli hissələrinin böyüdülməsinə rəvac versə də müsəlman milli qoşun hissələrinin yaradılması məsələsini heç müzakirə belə etməmişdi. Bölgədə xidmət edən azərbaycanlı zabitlər pərakəndə halda fəaliyyət göstərirdilər. Ayrı-ayrı könüllü dəstələr təşkil edilir, onlara təlimlər keçilir və bu dəstələrdən şəhərlərdə sabitliyi qorumaq üçün istifadə olunurdu. Lakin bu pərakəndə, azsaylı, zəif silahlanmış, ərazi prinsipi əsasında təşkil edilmiş dəstələr qoşun sayıla bilməzdi.1917-ci ilin oktyabr ayının əvvəllərində Tatar süvari alayı Yelizavetpola gəldi və təntənəli surətdə qarşılandı. Müsəlman Milli Şurası noyabrın 5-də burada Qafqaz müsəlman hərbçilərinin I qurultayını keçirdi və azərbaycanlıların milli hərbi hissələrinin yaradılmasına imkan verməyən Müvəqqəti hökumətin mövqeyi tənqid edildi.

1917-ci il dekabrın 6-da Zaqafqaziya Komissarlığının növbəti iclasında qəbul edilən qərar Qafqaz Ordusunun milli hərbi hissələr əsasında təşkilinin təməlini qoydu. Qafqaz cəbhəsinin komissarı Donskoyun əmrinə əsasən "Ordu milli tərkibli nizami vahidlərdən təşkil edilməli" ermənilərdən, gürcülərdən, azərbaycanlılardan və ruslardan ibarət milli korpuslar yaradılmalıdır. Qafqaz cəbhəsinin komandanı general Prejevalski Bakıda olan milli tərkibli hərbi hissələr istisna olmaqla bütün hərbi hissələrin saxlanılması barəsində əmr imzaladı. Rusiya ordusunda mövcud olmuş milli xarakterli hərbi hissələr dərhal milli korpusların tərkibinə qatıldı və nəticədə Rus Korpusunun komandanı general Drasenko, Gürcü Korpusunun komandanı general Axmeteli, Erməni Korpusunun komandanı general Nazarbekovun rəhbərliyi ilə vahid hərbi hissələr təşkil edildi.

1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissarlığı tərəfindən Müsəlman Korpusunun yaradılması barəsində qətnamə qəbul edildi. Qətnaməyə əsasən müsəlmanların əsgərliyə çağırışı könüllü xarakter daşımalı, toplanma işi Mərkəzi Zaqafqaziya Müsəlman Komitəsinə tapşırılmalı, komanda heyəti müsəlmanlardan təyin olunmalıydı. Kadr çatışmadıqda isə digər millətlərin nümayəndələrindən də dəvət edilə bilərdi. Korpus (Qolordu) təşkil ediləndən sonra müsəlmanlar hərbi vergi verməkdən azad edilməliydi. Təşkilati işlərin həlli üçün Tiflisdə "Qafqaz Müsəlmanlarının Hərbi Şurası" yaradıldı. Dekabrın 2-də Rusiya ordusundan tərxis olunan general-leytenant Əli ağa Şıxlinski Müsəlman Korpusunun komandanı təyin edildi.

Haşiyə: Müsəlman Korpusunun strukturu

1917-ci ilin yayından Rusiya ordusunda mövcud olmuş gürcü və erməni milli hərbi hissələri Qafqazda cəmləşdirilməyə başlandı. Azərbaycanlılardan ibarət yeganə nizami hərbi hissə olan Tatar süvari alayı Qafqaz yerli süvari diviziyası tərkibində Qalisiyada vuruşurdu. Bununla belə bölgədə xidmət edən azərbaycanlı zabitlər pərakəndə halda olsa da fəaliyyət göstərirdilər.

Polkovnik Süleyman bəy Əfəndiyev 1917-ci ilin iyulunda Yelizavetpola ezamiyyətə göndərildi. Öz vəzifəsini icra etməklə bərabər, o, Müsəlman Milli Komitəsi ilə əlaqə yaradıb şəhərdə hərbi kurs təşkil etdi və 150 nəfər gəncə hərbi işin ilkin vərdişlərinin öyrədilməsinə başladı. Kursun müdavimləri hərbi işi öyrənməklə bərabər Yelizavetpolda qanun-qaydanın yaradılmasına, özbaşınalıqların qarşısının alınmasına çox köməklik etmişdilər.

1917-ci il dekabrın 6-da ZK-nın növbəti iclasında qəbul edilən qərar Rusiyanın Qafqaz Ordusunun milli hərbi hissələr əsasında təşkil edilməsi üçün əsas oldu. Qafqaz cəbhəsinin komissarı Donskoyun əmrinə əsasən "ordu milli tərkibli nizami vahidlərdən təşkil edilməli", ermənilərdən, gürcülərdən, azərbaycanlılardan və ruslardan ibarət milli korpuslar yaradılmalıydı. Azərbaycanlılardan ibarət korpus Müsəlman Qolordusu (Korpusu) adlandırılmalı idi, lakin onun yaradılması barəsində qərar yubadılırdı. Yalnız azərbaycanlı deputatların təkidlərindən sonra 1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissarlığı tərəfindən Müsəlman Korpusunun yaradılması barəsində qətnamə qəbul edildi. Qətnaməyə əsasən müsəlmanların əsgərliyə çağırışı könüllü xarakter daşımalı, toplanma işi Mərkəzi Zaqafqaziya Müsəlman Komitəsinə tapşırılmalı idi.

Korpusun təşkilinə köməklik məqsədi ilə Tiflisdə "Qafqaz Müsəlmanlarının Hərbi Şurası" təşkil edildi. Dekabrın 2-də Rusiya ordusundan tərxis olunan general-leytenant Ə.Şıxlinski Müsəlman Korpusunun komandanı təyin edildi. Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçilmişdi, bu da təsadüfi deyildi. Belə ki, məhz burada milli Azərbaycan partiyaları və təşkilatlarının mövqeləri güclü olmuş, üstəlik oktyabr ayından etibarən Tatar süvari alayı burada yerləşməyə başlamışdı.

Milli hərbi hissələrin yaradılmasında bütün bilik və bacarığını istifadə edən məşhur sərkərdə bir çox problemlərlə üzləşdi. Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçildi. Təminatla bağlı problemi həll etmək üçün müsəlman ictimai təşkilatları bazarlardan lazım olanları alıb qoşun hissələrinə təhvil verirdilər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digərləri korpusun yaradılmasına kömək göstərirdilər. Hacı Zeynalabdin və Şəmsi Əsədullayevin oğulları korpusda zabit kimi xidmət edirdilər. Əhali korpusun yaradılması xəbərini böyük ruh yüksəkliyi ilə qarşılayır, gənclər həvəslə korpusa yazılırdılar.

Korpusun ilk döyüşçülərindənn olan Mirəziz Seyidli öz xatirələrində yazır: "Hacı Zeynalabdin kimi zənginlərdən para toplanıldı və "İsmailiyyə" nin bir guşəsində könüllü əsgərlərin qeydiyyatına başlandı. Könüllülərin toplanması işinə süvari zabit İsgəndərbəyli rəhbərlik edirdi. Çəmbərəkənddə məktəb binasında qışla (kazarma) düzəldildi və orada təlimlərə başlanıldı. Zabit çatışmazlığı məsələsini aradan qaldırmaq üçün polkovnik Tabasaranskinin rəhbərliyi ilə məktəb yaradıldı. Orada ilkin komandir bilikləri öyrədilirdi".

Bakı Soveti və onun qurumları milli hissələrin yaradılmasına çətinliklər törətdiyindən könüllülər Müsəlman süvari divizionu şəklində (80 nəfər) tərtib edilərək Lənkərana köçdülər.

Zaqafqaziya Komissarlığı rus ordusunda Azərbaycan hissələrinə silah ayrılması məsələsini yubadırdı. Bolşeviklərin təbliğatı öz rolunu oynayırdı. Silah çatışmazlığı problemini həll etmək üçün yeganə yol rus ordusunun anbarlarına hücumlar təşkil etmək idi. Tatar süvari alayı və Müsəlman Korpusunun Gəncədə formalaşmaqda olan alayı (sonralar 5-ci piyada alayı) könüllülərin dəstəyi ilə tərksilahı sürətlə həyata keçirirdilər. Əksər hallarda qansız ötüşən tərksilah 1918-ci ilin yanvarında Şəmkirdə toqquşmalara və qan tökülməsinə səbəb oldu. Böyük insan itkiləri və maddi ziyan vurulmaqla müşayiət olunan toqquşma göstərdi ki, Bakıda möhkəmlənən bolşevik-erməni qüvvələri Azərbaycan milli qüvvələrinin yaradılmasına istənilən şəkildə əngəllər törədəcəklər.

"Müsavat" partiyasının xalq arasında artan nüfuzu, Korpusun günü-gündən güclənməsi bolşevik-erməni rəhbərlərini qorxudurdu. Onlar kifayət qədər qüvvə toplayaraq, Sovet Rusiyasından texnika və silah əldə etməklə birdəfəlik milli Azərbaycan qüvvələrini məhv etmək qərarına gəldilər. 1918-ci ilin mart-aprel aylarında baş vermiş azərbaycanlıların soyqırımı düşmənin nə qədər qəddar olmasının göstərməklə bərabər, milli qoşun hissələrinin dəyanətini də sübut etdi. Tam təşkil edilməmiş, təlim keçməmiş, zəif silahlanmış, gözlənilmədən hücuma məruz qalmış və düşməndən sayca az olan Müsəlman Korpusunun ayrı-ауrı hissələri və onlara qoşulan könüllülər inadlı müqavimət göstərdilər. Bolşeviklərin qərbə doğru hücumunun qarşısını almaq üçün dərhal əkshücum təşkil edildi və polkovnik L.Maqalovun rəhbərliyi ilə 7-ci və 8-ci müsəlman nişançı alayları, Milli hərbiyyə məktəbinin müdavimlərindən ibarət dəstə Hacıqabula qədər irəliləyə bildi. Zaqafqaziya Komissarlığının vəd etdiyi köməyi göstərməməsi, İmam N.Qosinskinin cüzi qüvvə göndərməsi, silah və sursatın çatışmazlığı, düşmənin sayca və texnika sarıdan qat-qat üstün olması nəticəsində Maqalovun dəstəsi məğlub edilmiş ya geri çəkilməyə başladı.

Məğlubiyyətə baxmayaraq panikaya qapılmadan, az qala hər yaşayış məntəqəsi uğrunda döyüş aparaapara geriyə çəkilən dəstə düşmənin hərəkət sürətini yalnız ləngitsə də, döyüş əməliyyatlarında əsaslı dönüş yaratmaq iqtidarında deyildi. 1918-ci ilin may ayının 28-də öz müstəqilliyini elan edən Azərbaycan xalqı öz müqəddəratını özü həll etməli idi.

Qafqaz İslam Korpusunun təşkil edilməsi

Arxiv sənədləri sübut edir ki, Osmanlı dövlətinin siyasi və hərbi kursunu faktiki olaraq müəyyən edən Ənvər paşa hələ 1917-ci ilin sonlarında azərbaycanlılara hərbi kömək göstərilməsini planlaşdırırdı. Lakin planlar əsasən nəzəriyyə xarakteri daşıyırdı.

Regionda siyasi vəziyyətdən xəbərsiz, sürətli irimiqyaslı əməliyyatlar aparmaq üçün kifayət qədər qüvvəsi olmayan Ənvər paşa 1918-ci ilin əvvəllərinə göstəriləcək köməyin formasını müəyyənləşdirdi: Azərbaycana göndərilən təlimatçılar yerli əhalidən toplanmış könüllü dəstələri öyrədəcək və beləliklə Azərbaycan qoşunları (tərkibində 3 piyada diviziya olan bir korpus) yaradılacaqdı. Lakin Azərbaycan milli hərəkat liderləri ilə görüşlər (ilk növbədə Nağı bəy Şeyxzamanlının rəhbərlik etdiyi heyətlə danışıqlar qeyd edilməlidir, məhz bu qrupla danışıqlardan sonra Ənvər paşa real hərbi kömək göstərmək qərarına gəldi),191 erməni-bolşevik qoşunlarının gözlənilmədən böyük qüvvə ilə sürətlə qərbə doğru irəliləməsi, Almaniyanın Sovet Rusiyası ilə sövdələşməyə girməsi və ən əsası, vəziyyəti dəyişə biləcək yerli qüvvə yaratmaq üçün vaxt çatışmazlığı Ənvər paşanı planlarını dəyişib Azərbaycana bilavasitə osmanlı qoşunlarını göndərməyə sövq etdi.

Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 1918-ci ilin iyunun 4-də imzalanmış müqavilənin IV maddəsində deyilir: "Azərbaycan Hükuməti Cümhuriyyəsi tərəfindən tələb vukuunda Hükumət-i Osmaniyyə intizam və asayiş-i daxiliyyənin təmin və iadəsi üçtin ledel-icab silah qüvvətiylə müavinətdə bulu-nacaqdır” (imzaladılar: Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə, Xarici İşlər Naziri M.H.Hacınski; Osmanlı tərəfindən Ədliyyə Naziri Xəlil bəy, 3-cü ordu komandanı Vehib paşa).

Nuru paşanın rəhbərlik etdiyi heyət Mosuldan Təbrizə, oradan da Naxçıvana gəldi. Naxçıvanda və Ordubadda bir neçə zabit saxlanıldı ki, mayın 20-dən etibarən yerli hissələrin yaradılmasına başlanılsın. Cəbrayıl-Ağdam-Tərtər-Yevlax-Gəncə marşrutu ilə hərəkət edən heyət hər yerdə yerli dəstələr yaratmaq üçün zabitlər saxlayırdı. Bir çox yerlərdə əhali türk əsirlərini azad etmiş və onlar yerli dəstələr təşkil etdilər. Lakin bütün bunlar kifayət deyildi. Nəticədə 3-cü Ordu tərkibindən 5-ci Qafqaz piyada firqəsinin bölmələrinin hissə-hissə Azərbaycana göndərilməsi və burada Müsəlman Korpusu ilə birləşməsi əmri verildi.

Beləliklə, 1918-ci ilin iyununda, Azərbaycanla Osmanlı dövləti arasında dostluq haqqında müqavilə imzalanandan dərhal sonra Azərbaycan və Osmanlı hərbi hissələrindən Qafqaz İslam Ordusu yaradılmağa başladı. Orduya rəhbərlik ikili xarakter daşıyırdı: istər türk, istərsə də Azərbaycan hərbi hissələrinin komandirlərinin raportları həm Nuru paşaya, həm də Müsəlman Korpusunun komandanı Əli ağa Şıxlinskiyə göndərməli idi. Azsaylı, lakin döyüş təcrübəsinə malik və hərbi hissələr şəklində təşkil edilmiş Osmanlı qoşunları Qafqaz İslam Ordusunun əsas zərbə qüvvəsini təşkil edirdi. Onların gəlişi mart-aprel döyüşlərindən sonra ruh düşkünlüyünə qapılmış, pərakəndə halda öz şəhər və kəndlərini qorumağa hazırlaşan azərbaycanlıların mənəvi durumunda dəyişikliyə səbəb olmuş, artıq müdafiədən hücuma keçib mənfur düşməndən işğal edilmiş ərazilərin azad ediləcəyinə əminlik yaratmışdı.

Yaradılanda Qafqaz İslam Ordusunun məqsədləri də açıqlandı: ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək; Bakıda islamlar (müsəlmanlar) və bolşeviklər arasındakı müharibəyə müdaxilə etmək; Bakı ilə bağlı "almanların ehtiraslarına mane olmaq"; Qafqaz islamlarını təcavüzdən qurtarmaq".

İlk əvvəl Azərbaycan hissələrini dəmir yollarının qorunmasında istifadə etməyə başlayan Nuru paşa tədricən onların döyüşkənliyini görərək döyüş əməliyyatlarının ən vacib istiqamətlərinə yönəldir, azərbaycanlı zabitlər müxtəlif qoşun hissələrindən tərtib edilmiş qrup komandirləri də təyin edilirdilər. Gənc və siyasi oyunlarda təcrübəsiz olan Nuru paşa onun ətrafında peyda olmuş bir neçə ilhaqçının təsiri ilə vaxtaşırı Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə münasibətlərdə tələsikliyə yol verirdi. Azərbaycanı müstəqil dövlət kimi dəstəkləmək əvəzinə, bir əyalət kimi Osmanlı dövlətinin tərkibinə qatmaq fikirləri ilə çıxış edən ilhaqçılar Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində istədiklərinə nail ola bilmədilər.

İyunun 26-da Müsəlman Korpusu ləğv edildi və onun əsasında Əlahiddə Azərbaycan Korpusu təşkil olundu. Ərazilər erməni-bolşevik qoşunlarından azad edildikcə Qafqaz İslam Ordusunun tərkibinə qatılan azərbaycanlı könüllülərin sayı artırdı. Nəticədə döyüşlərdə itkilər versə də QİO-nun say tərkibi nəinki azalmır, əksinə, artırdı. Eyni zamanda onun tərkibində azərbaycanlıların da sayı kəskin surətdə artırdı. Azərbaycanlı əsgərlər təkcə Azərbaycan hərbi hissələrində deyil, Osmanlı hərbi hissələrinin də tərkibində vuruşurdular (türk hərbi hissələrinin itkiləri azərbaycanlı döyüşçülər hesabına bərpa edilirdi).

1918-ci il avqustun 13-də Nuru paşanın əmri ilə Əlahiddə Azərbaycan Korpusu ləğv edildi, lakin Azərbaycan hərbi hissələri öz mövcudluğunu saxladı. Onların komandirləri vəzifələrinə osmanlı zabitləri təyin edildi. Bununla Bakıya həlledici hücum ərəfəsində QİO-nun azərbaycan hərbi hissələrindən qeyri-müsəlmanları uzaqlaşdırmağa çalışan Nuru paşa azərbaycanlı zabitləri müxtəlif vəzifələrə təyin etmişdi. Bu tipli anlaşılmazlıqlara baxmayaraq Qafqaz İslam Ordusunun türk və azərbaycanlı zabit və əsgərləri onların üzərinə düşmüş çətin və şərəfli vəzifəni layiqincə yerinə yetirdilər.

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

Teqlər: Müsəlman-Koorpusu   Qafqaz-İslam-Ordusu  

Müqəddəs yola doğru: Müsəlman və Qafqaz İslam Korpusunun təşkili

2018/09/11111111111111111_1536929294.jpg
Oxunub: 792     15:41     15 Sentyabr 2018    