TSQ bir həftədə 54 terrorçunu zərərsizləşdirib

2018/09/thumbs_b_c_2fde5868fc2108edef6dc3dc18ba817b_1536926969.jpg
Oxunub: 351     20:05     14 Sentyabr 2018    
Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və Şimali İraqda həyata keçirdiyi terrorla mübarizə əməliyyatlarında 54 terrorçunu zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 7-13 sentybar tarixlərində Şırnak, Siirt, Hakkari, Diyarbəkir, Mardin və İraqın şimal ərazilərində PKK/KCK terror təşkilatının daimi olaraq sığınacaq kimi istifadə etdiyi bölgələrə çoxsaylı hücumlar həyata keçirilib.

Bu hücumlar nəticəsində 19-u ölkə daxilində, 35-isə ölkə xaricində olmaqla ümumilikdə 54 terrorçu zərərsizləşdirilib ki, bunlardan da biri terrorçuların “komandiri” olub.

Həyata keçirilən əməliyyatlar nəticəsində 6 ədəd piyada tüfəngi, minaatan, RPQ-7, LAW tank əleyhinə silah, 14 əl bombası, gecə görmə durbini, ratsiya, 48 kiloqram amonium-nitrat, 12 kiloqram kustar üsullarla hazırlanmış partlayıcı maddə aşkarlanaraq ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   PKK   Terror  

TSQ bir həftədə 54 terrorçunu zərərsizləşdirib

2018/09/thumbs_b_c_2fde5868fc2108edef6dc3dc18ba817b_1536926969.jpg
Oxunub: 352     20:05     14 Sentyabr 2018    