Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı filotiliyanın vitse-admiralı Skot Stirney bildirib.
O qeyd edib ki, donanma qüvvələri İranın təxminən min mil cənub-qərbində geniş miqyaslı təlimlər keçirir.
Məlumata əsasən, 2 həftəlik təlimlərdə ənənəvi və qeyri-ənənəvi bir neçə taktiki müharibə üsulu sınaqdan keçirilir.
Qeyd edək ki, təlimlərdə 4 ədəd böyük həcmli döyüş gəmisi və mindən çox hərbçi iştirak edir.
Dəyanət Ağalarlı
Ordu.az