Yəmən ordusu Hudeydədə üstünlüyü ələ alır: 60 qiyamçı zərərsizləşdirilib

2018/09/yemen-hodeidah-1170x610_1536923992.jpg
Oxunub: 352     19:14     14 Sentyabr 2018    
Yəməndə husi qiyamçıları ilə ordu qüvvələri arasında qarşıdurmalar səngimək bilmir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Yəmən Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu qüvvələri Yəmənin qərbində Hudeydədə qiyamçılara qarşı apardığı əməliyyatları davam etdirir.

Məlumata əsasən, bu gün səhər baş verən qarşıdurmalar zamanı ordu qiyamçıların 60-dan çox üzvünü məhv edib.

Yəmən ordusunun 84-cü piyada briqadası hücumlar nəticəsində bölgənin əhəmiyyətli hissəsinə nəzarəti bərpa edib, həmçinin Hudeydə universiteti qiyamçılardan azad edilib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Yəmən   Hudeydə   Husilər  

Yəmən ordusu Hudeydədə üstünlüyü ələ alır: 60 qiyamçı zərərsizləşdirilib

2018/09/yemen-hodeidah-1170x610_1536923992.jpg
Oxunub: 353     19:14     14 Sentyabr 2018    