İngilis generalından etiraflar: "Necə yəni ora getmək lazımdı? Axı orda türklər var!"

2018/09/7_3073845760.jpg
Oxunub: 2213     14:17     15 Sentyabr 2018    
"Ermənilər qətllər törədə bilər, lakin açıq döyüşdə üz-üzə vuruşa bilməzlər".

"Bir dəfə türklər öz mövqelərindən çıxdılar və günün günortasında dəmiryol xətti olan açıq vahə ilə irəliləməyə başladılar ki, bizim cəbhənin bir hissəsinə hücum etsinlər. Mənim erməni taboruna rəhbərlik edən zabitlərimdən biri öz adamlarına səngərlərdən çıxıb əks hücuma keçməyi əmr etdi. Qoşunlar irəli getməkdən imtina etdilər, onların nümayəndəsi bağırdı: "Necə yəni ora getmək lazımdı? Axı orda türklər var!".

Bakı Soveti Qırmızı Ordusunun yaradılması

1917-ci il noyabrın 21-də Rusiya ordusu Qafqaz cəbhəsinin komandanı general Prijevalski Osmanlı ordusu Qafqaz cəbhəsinin komandanı Feriq Vehib paşanın sülh bağlamaq təklifi haqqında Zaqafqaziya Komissarlığının iclasında məlumat verdi və dekabrın 5-də sülh müqaviləsi bağlandı. Şərtlərə əsasən, döyüşlər dayandırılmalı, operativ və strateji qruplaşma və yerdəyişmə aparılmamalı, döyüş bölgəsi və ona yaxın 10 verstlik zonada təyyarə uçuşları qadağan edilməli idi.

Müqavilənin imzalanmasından sonra rus əsgərlərinin kütləvi surətdə tərxis olunmasına başlandı. Onlar vətənlərinə qayıtmaq tələbləri ilə çıxış edir, çarəsiz qalmış kornandanlıq isə tələbləri yerinə yetirməyə məcbur olurdu. Çar ordusunun parçalanması istiqamətində böyük iş görmüş bolşeviklərin məqsədi başqa idi. Onlar müharibəni dayandırmaq təbliğatını aparanda düşünürdülər ki, əsgərlər vuruşmaqdan imtina etsələr də, öz mövqelərində qalacaqlar.

Dekabrın 10-da Tiflisdə Qafqaz ordusunun II diyar qurultayı keçirildi, bolşeviklər tərəfindən çağırılmış nümayəndələr bolşeviklərin xəttini dəstəklədi, bolşevizmə qarşı bütün hərəkətlərə mübarizə elan etdilər. Diyar şurasının sədri Q.Korqanov seçildi.

Qafqaz ordusu diyar şurasının qeyribolşevik qüvvələri isə ayrıca iclas keçirərək özlərinin şurasını yaratdılar. Tiflisdə möhkəmlənə bilməyəcəklərini anlayan bolşeviklər bu səbəbdən öz qurumlarını Bakıya köçürməyə başladılar. Dekabrın 19-da Tiflisdə Fəhlə, Əsgər və Kəndli sovetlərinin II Qafqaz diyar qurultayı da bolşeviklər üçün uğursuz oldu və onlar da Bakıya köçdü.

1917-ci il dekabrın 12-də Bakıda Hərbi İnqilab Komitəsi (HİK) yaradıldı. Bəyan edilmişdi ki, komitə şəhərdə qanun-qayda yaradılmasına cavabdeh olacaq. Dekabrın 14-də HİK kütlə halında toplaşmağı, kütləvi tədbirlər keçirməyi qadağan etdi. Aydın idi ki, bu qərar Azərbaycan milli qüvvələrinin fəaliyyətinə qarşı yönəlmişdi. Dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti Bakı Sovetinin sədri S.Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdi. Onun sərəncamına dərhal 500 min rubl pul göndərildi ki, Sovetə tabe olan silahlı qüvvələr yaradılsın. 1917-ci il dekabrın 21-də Bakıda Qırmızı Qvardiyanın yaradılması barədə qərar qəbul edildi. Yanvarın ortalarında Qırmızı Qvardiya döyüşçülərinin sayı 3500 nəfərə çatdı. Ancaq bu, nəinki inqilabı bütün Qafqaza yaymaq, heç Bakıda hakimiyyəti tam nəzarət altına almaq üçün kifayət deyildi.

1917-ci il yanvarın 15-də Bakıda Qırmızı Ordunun yaradılması barədə dekret imzalandı. Dekretdə Qırmızı Ordu beynəlmiləl adlandırılsa da, ora təkcə rus və ermənilər yazılır, azərbaycanlıların yazılmasına isə maneçilik törədilirdi. Çağırış işləri ilə məşğul olan Avakyan, qərargah rəisi A.Baqdasarov idi.

Fevral ayında Azadlıq meydanında hərbi parad keçirildi. Xəzər donanmasının nəzarət altına alınması işi davam etdi. Martın əvvəllərinə artıq 6 min döyüşçü, 2 zirehli qatar, 1 zirehli avtomobili olan Qırmızı Ordu ciddi qüvvə idi.

Bununla bərabər qüvvələri artırmaq üçün Erməni Milli Şurası ilə əlaqələr yaradılmış, faktiki olaraq daşnaklarla birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdi. Corctaun Universitetindən olan amerikalı tədqiqatçı Maykl Smit qeyd edirdi ki, "Bakıda bolşevik hakimiyyətini rus ordu hissələrindən təşkil edilmiş silahlı milis və daşnakların rəhbərliyi ilə çoxsaylı erməni dəstələri təmin edirdi". 1918-ci ilin mart qırğınları bolşevik və erməni hissələrindən təşkil edilmiş Qafqaz Qırmızı Ordusunun əsl simasını açdı. Bu ordu Azərbaycanı Rusiyanın müstəmləkəsi görmək istəyən bolşeviklərin və Azərbaycan torpaqlarından mümkün qədər pay qoparmağa hazır olan, azərbaycanlıların fiziki məhvinə can atan ermənilərin aləti idi.

Bakı Sovetinin qoşunlarının təşkilində böyük köməyi Rusiya Kommunist Partiyasının (bolşeviklər) Mərkəzi Komitəsi, RSFSR Xalq Komissarları Soveti və şəxsən onun rəhbəri V.İ. Lenin göstərirdi. Bakıya silah və sursatın göndərilməsini Lenin Moskvada olan Şimali Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-Arutyunyansa tapşırdı. Ter-Arutyunyan sonralar öz xatirələrində yazırdı: "Vladimir İliç tələb edirdi ki, müəyyən saatlarda mən Bakıya göndərilən kömək barədə məruzə edim, ehtiyac olanda isə özüm gəlim onun yanına və onun göstərişlərini həyata keçirməsinə mane olanlar barədə şəxsən məruzə edim".

Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının strukturu

Hələ hakimiyyətə gəlməzdən əvvəl bolşeviklər geniş fəhlə kütlələrinin silahlandırılması və inqilabi Qırmızı Ordunun yaradılması haqqında tələblərlə çıxış edirdilər. Bakı qarnizonu əsgər və matrosları arasında məqsədyönlü təbliğat işi aparan bolşeviklər 18 minlik qarnizonun böyük hissəsini öz tərəflərinə çəkməyə nail oldular.

Dekabrın 21-də qırmızı qvardiyanın yaradılması haqqında qərar qəbul edildi. 1917-ci ilin sonunda yaradılan mərkəzi büro 1918-ci il yanvarın əvvəllərində qırmızı qvardiyanın mərkəzi qərargahına çevrildi. Onun tərkibinə İ.P.Vasek, S.N.Martikyan, İ.Y.Qabışev, H.H.Sultanov və digərləri daxil oldular.

Qırmızı qvardiya köhnə ordunun ləğv olunub yenisi ilə əvəzlənmə prosesində ara mərhələ idi. Qvardiyanın strukturu belə idi: əsas döyüş vahidi olan onluqda 10 döyüşçü var idi. Dörd onluq 1 taqım, üç taqım 1 drujina, üç drujina 1 tabor təşkil edirdi. Taborun tərkibində əlavə hissələr olmaqla şəxsi heyətin sayı 500-600 nəfərə çatırdı.

RSFSR Xalq Komissarları Sovetinin 15 (28) yanvar 1918-ci il Fəhlə Kəndli Qırmızı Ordusu və 29 yanvar (11 fevral) 1918-ci il Fəhlə-Kəndli Qırmızı Donanmasının yaradılması haqqında dekretlərini əsas tutaraq Qafqaz ordusu Hərbi İnqilabi Komitəsi ilk Qırmızı Ordu hissələrinin yaradılmasına başladı.

Martın əvvəllərinə qırmızı qvardiyanın hələ də mövcud olan bəzi hissələri ilə bərabər Bakı Soveti 7 min öz döyüşçüsü və ən azı 4 min daşnak döyüşçüsünə arxalana bilərdi. Bakı Sovetinin qırmızı ordusunda əksəriyyəti erməni zabit və əsgərləri təşkil edirdi. Aprelin 20-də Erməni Milli Şurasına tabe olan hissələrin Qırmızı Ordunun hissələrinə qatılması barədə razılaşma əldə edildi.

May ayına ordunun 1-ci korpusu tam təşkil edildi. Korpusun tərkibində 4 atıcı briqada, 6 topçu batareya, 3 pulemyot komandası və texniki hissələr var idi. Bu hissələrə "Bakı şəhərinin hava müdafiəsi aviadivizionu"na daxil olan 13 təyyarə də əlavə edilməlidir. Bakı XKS-nin hərbi dəniz işləri üzrə xalq komissarı Q.N.Korqanov RSFSR XKSnə göndərdiyi məruzədə qeyd edirdi ki, yaradılmış 19 batalyonun tərkibində 18 min döyüşçü var.

Donanmanın gücləndirilməsi istiqamətində iş görülürdü. B.Şeboldayev Sovet Rusiyası hərbi dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubda yazırdı: "Briqada və korpus qərargahlarının formalaşdırılması başa çatandan sonra komandir Qazarov, qərargah rəisi Avetisov və digərləri (siyasi baxışlarına görə daşnaklar) yürüşə başladılar. Dörd briqadadan (12-13 min süngü) ibarət olan korpus, batalyonda 4 pulemyot olmaqla 3 səhra batareyası, 1 dağ və 1 mortir batareyaları, 3 süvari yüzlük və digər texniki qoşunlarla üç gü 27 da görmək olar, lakin şəkillərin birinin arxasında tibb bacısının tibb işçisi deyil, "erməni gözəlçəsi" ("армянская красотка") kimi göstərilməsi bu "tibb bacıları"nın necə fəaliyyət göstərməsindən xəbər verir.

Sentrokaspi Diktaturasının çoxsaylı qoşunlarının az səmərə verdiyini görən general Denstervil keyfiyyət dəyişikliyinə nail olmaq üçün bir neçə struktur dəyişikliyi etməyə çalışdı. Denstervilin yazdığına görə, ingilislərin gəlişindən sonra "hər yerli tabora və ya batareyaya bizim (ingilis) zabiti təhkim olundu ki, bu ordu vahidinin döyüş qabiliyyəti qaldırılsın". Avqustun sonlarında general yeni təşəbbüs irəli sürdü: hər birində bir ingilis və üç yerli tabor olan briqadalar təşkil etmək. İngilis rəhbərliyi altında olan bu briqadalar daha yaxşı vuruşmalı idi. Generalın yazdığına görə, diktaturanın hərbi naziri, qoşunların komandanı, beş diktator və Erməni Milli Şurası bu təkliflə razı idilər, lakin "Bakıda sözlə iş arasında elə böyük məsafə var idi ki", təklif icra olunmadı.

General Denstervil öz qeydlərində təəssüflə yazırdı: "Bizə ən çox lazım olan və bizim nail ola bilmədiyimiz bir şey varsa, о da əsl nizami qoşunlardan ibarət dəstənin yaradılmasıdır". Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əkshücumun planı göstərir ki, döyüşdə hərbi hissələr əlahiddə tabor və hətta bölüklər şəklində iştirak edirdi (alayların tərkibində olmasına baxmayaraq). Zirehli avtomobillər də hansısa bir vahid şəklində (misal üçün, zirehli avtomobillər taqımı) birləşdirilməmişdi. Siyahıya əsasən müəyyən olunur ki, müdafiə mövqelərində dayanan qoşunlardan başqa bu qüvvələr də hücumda iştirak etməli olublar: bir piyada alayı (8 bölük tərkibində), 7 piyada tabor (14 bölük tərkibində), 37 piyada bölüyü, bir süvari bölüyü, 3 zirehli avtomobil. Sentyabrın 14-də Sentrokaspi Diktaturasının məğlub olmasına qədər onun qoşunlarında struktur dəyişikliyi baş vermədi.

Bakı Sovetinin Qırmızı Ordusu və Sentrokaspi Diktaturası ordusunda erməni hərbi hissələri

Əksinqilabçılara qarşı qüvvələrini toplayan, az qala hər tüfəngi, tapançanı siyahıya alan bolşeviklərin gözü qarşısında Petroqradın hərbi anbarlarından yaradılacaq erməni korpusu üçün silah və sursat seçilməyə başlandı. Əvvəllər korpus hissələrinin Tiflisdə yaradılması planlaşdırılsa da, tədricən dislokasiya yeri kimi Bakıya üstünlük verilməyə başlandı. Bakının strateji mövqeyi, limanı, dəmiryol stansiyası, neft mədənləri ələ keçirilərdisə, bütün regionda hərbi-siyasi vəziyyətə nəzarət imkanı yaradılmış olardı.

Fevralın 6-da Bakıya general-mayor T S Baqramyan, martın 7-də isə general-mayor A.Baqratuni gəldilər. Nədənsə hər yerdə əksinqilabla mübarizə aparacağını bəyan edən, Bakıya gəlmiş azərbaycanlı general-mayor Talışinskini çar generalı adı ilə həbs edən Bakı Sovetinin rəhbərləri erməni generallarının Bakıya gəlişinə, qoşun hissələri toplamasına barmaqarası baxırdılar. Bu məsələyə sonralar general-mayor Denstervil cavab vermişdir: "Unutmaq lazım deyil ki, Bakı bolşeviklərinin lideri Şaumyan özü erməni idi".

Bakıda azərbaycanlıların soyqırımda iştirak etmiş erməni korpusunun rəhbərliyi Bakı-Gəncə (Yelizavetpol) və Gəncə-Tiflis dəmir yolunu təmizləmək və erməni korpusunu ehtiyat qüvvə ilə təmin etmək üçün bir neçə zirehli qatardan ibarət dəmiryol dəstəsi yaratdı. Lakin qərbə doğru yollar Müsəlman Korpusunun qüvvələri tərəfindən bağlanmışdı. Belə şəraitdə erməni korpusunun generalları bolşeviklərin hakimiyyətini tanıdılar və öz qüvvələrini onların sərəncamına verdilər. Erməni-bolşevik "mənəbbətinin" yuxarıda göstərilən səbəblərdən başqa bir səbəbi də var idi. 1918-ci il yanvarın 13-də Lenin və Stalinin imzası ilə gələcəkdə Ermənistan dövlətinin yaradılması və erməni hökumətinin formalaşdırılması barədə vədlər nə qədər uzaq olsa da, konkret vəd idi və bolşeviklərə ermənilərin dəstəyini təmin etdi.

1918-ci ilin yanvarında RSFSR Millətlərlə İş üzrə Xalq Komissarlığında erməni komitəsi təşkil edildi (nə gürcü, nə də Azərbaycan komitəsi yaradılmamışdı). Klemanso və Fransanın Londondakı səfiri Pol Kambona ünvanladığı 31 yanvar 1918-ci il tarixli məktublarında Fransanın xarici işlər naziri Stefan Pişon qeyd edirdi ki, ermənilər öz qoşunları üçün çoxlu pul yığıblar və "ermənilərin Rusiyadakı rəhbəri Andranik Tiflisdə onların korpusuna başçılıq edir".

Erməni hərbi hissələri Qərbi Azərbaycanda cəmləşməklə bərabər Bakıda da təşkil edilməyə başlandı. 1918-ci ilin yaz-yay aylarında erməni hərbi dəstələrinin Azərbaycan ərazisində törətdikləri qırğınlar göstərdi ki, onları bolşeviklərlə birləşməyə sövq edən səbəb azərbaycanlıları fiziki cəhətdən məhv etməkdir. Onların rəhbərləri də bunu inkar etmirdilər. Misal üçün, Qubaya bolşevik cəza dəstəsinin başında gələn Amazasp deyirdi: "Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm... Mən qayda-qanun yaratmaq, və ya sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Mənə əmr ediblər Xəzər dənizi sahillərindən Şahdağa qədər ərazidə bütün müsəlmanları məhv eləyim".

Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının mənəvi durumu barəsində ətraflı qeydlər general Denstervilin xatirələrində öz əksini tapıb. Erməni qoşunları və onların liderlərinə simpatiyasını nümayiş etdirən general Denstervil onların nə dərəcədə qorxaq olmasını gizlədə bilməyib.

Qeydlərinin əvvəlində general yazırdı ki, "ingilislərdən 200 nəfər zabit və elə о qədər də əsgər yeni təşkil edilmiş hissələrdə təlimatçı olmalı idi". Başqa sözlə desək, 10-15 minlik yerli qoşunun yenidən təşkil edilməsi və təcrübəli ingilis zabitləri ilə təlim keçib döyüşə göndərilməsi, generalın fikrincə, kifayət etməli idi. Lakin o, "yerli qoşunların" necə qorxu içində olmasından bixəbər idi.

Avqustun 7-də Erməni Milli Şurasının nümayəndəsi doktor Araratyansa ünvanladığı məktubunda general yazırdı: "Ermənilər müdafiəçilərin əksəriyyətini təşkil edirlər. Müdafiədə olanların qoşunları qüvvələrin düzgün təşkil olunmamasından əziyyət çəkirlər və onların qəhrəmanlıqları nahaq yerə sərf edilir. Bu qüsuru aradan qaldırmaq üçün mənim tezliklə kifayət qədər zabitim olacaq".

Göründüyü kimi, avqustun əvvəllərində Ənzəlidə olan və Bakıdakı mövcud vəziyyətdən xəbəri olmayan general zənn edirdi ki, erməni dəstələrini yenidən təşkil etməklə qələbə qazanmaq olar. Avqustun 15-də polkovnik Keyvortun göndərdiyi raportda maraqlı məqam var: "Ruslar ermənilərlə işləmək istəmirlər. Deyirlər ki, rus zabitləri türklərin cərgələrində bizə qarşı vuruşurlar, ona görə də yerli rus zabitləri cəbhəyə getməkdən imtina edirlər. Ermənilər isə ruslarla bərabər işləmək istəyirlər, əgər ruslar buna icazə versələr".

Artıq mart-aprel qırğınlarından sonra Qırmızı Ordu tərkibində olan ruslar (söhbət qatı bolşeviklər və ya monarxistlərdən deyil, şovinist şüarlar ("azərbaycanlılar bütün xristianları qıracaqlar" və s.) ilə qoşunlara aldadılaraq cəlb edilən ruslardan gedir) Qafqaz İslam Ordusun sıralarında xidmət etməyə razı idilər, nəinki erməni qoşunlarının tərkibində vuruşmağa.

Keyvortun raportunda daha bir maraqlı məqama rast gəlirik: "Yerli qoşunlar, əksər hallarda ermənilər səngər qazmaqla az məşğul olurlar onları buna məcbur edəndə isə deyirlər: "Nəyə görə biz səngər qazmalıyıq? Biz səngər qazmaq istəmirik: bu, qorxaqların işidir, biz döyüşmək istəyirik". Onlar qayalar arxasında uzanır, oradan havaya güllə atırlar. Onlar bu manevri türklər heç hücuma keçməyəndə belə edirlər..."

Öz zabitlərindən fərqli olaraq ermənilərə bel bağlayan general Denstervil müxtəlif xülyalarla yaşayırdı; gah hesab edirdi ki, erməni dəstələrinə yeni struktur vermək lazımdır, gah da düşünürdü ki, onları ingilis hissələri arasında yerləşdirməklə vəziyyəti kökündən dəyişmək olar. Lakin çox keçmir ki, о əsil vəziyyəti anlamağa başlayır. General yazırdı: "Hərbi sursatın qənaətlə istifadəsi barədə ciddi əmrə baxmayaraq həm top, həm də tüfəng sursatı hədər yerə sərf olunurdu. Mən mövqelərin sağ cinahına rəhbərlik edən bir polkovnikin diqqətini onun mənasız yerə atəş açan artilleriyasına cəlb etdim. Polkovnik cavab verdi: "Bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərdə olanlar bizim toplar atəş açanda çox xoşlanırlar və əgər mən ara-sıra topdan atəş açmasam, onlar səngərlərdə qalmazlar".

Bu fakt göstərir ki, erməni silahlılarını hətta döyüş olmayanda belə səngərdə saxlamaq müşkül məsələdir, о ki qaldı döyüş olanda. Öz qeydlərinin bir çox yerində general “Bakı qoşunlarının ağciyərliyi", "əsil əsgərlər olmaması", "kağız üzərində qoşun" olması barəsində yazır.

General-mayor Denstervil daha sonra yazırdı: "Əgər biz yerli qoşunlara qəhrəmanlıq ruhu aşılaya bilsəydik, kənardan kömək gəlmədən vəziyyətdən çıxmaq olardı, lakin kütləvi qorxaqlıq və əmrlərə tabe olmamaq məhvedici təsir göstərirdi. Mən bütün erməniləri qorxaqlıqda günahlandırmaqdan uzağam; mənim qeydlərim yalnız Bakı ermənilərinə aiddir, çünki onlar qəhrəmanlıqları ilə tanınan İrəvan və Kiçik Asiyanın dağlı ermənilərinə bənzəmirlər".

Generalın bu xatirələri göstərir ki, o, məğlubiyyətlərin əsil səbəbini silah və sursat çatışmazlığı, struktur səhvləri ilə deyil, məhz əksəriyyətini ermənilər təşkil edən qoşunların qorxaqlığı ilə bağlı olmasını, nəhayət ki, dərk edib.

Bakı ermənilərinin qorxaqlığını görən ingilis qoşunlarının komandanı nicatın İrəvan ermənilərindən gələcəyini gözləyirdi: "Erivan erməniləri tərəfindən çoxdan bəri hazırlanan türklərə arxadan zərbə, nəhayət, real şəkil alacaq. Belə təhlükə barədə sadəcə bir işarə kifayət idi ki, Qafqaz İslam Ordusunda vahimə başlasın".

Lakin general nəhayət ki, ermənilərin necə döyüşçü olduğunu anlamağa başlayır. Onun göstərdiyi növbəti fakt çox şeydən xəbər verir: "Bir dəfə türklər öz mövqelərindən çıxdılar və günün günortasında dəmiryol xətti olan açıq vahə ilə irəliləməyə başladılar ki, bizim cəbhənin bir hissəsinə hücum etsinlər. Mənim erməni taboruna rəhbərlik edən zabitlərimdən biri öz adamlarına səngərlərdən çıxıb əks hücuma keçməyi əmr etdi. Qoşunlar irəli getməkdən imtina etdilər, onların nümayəndəsi bağırdı: "Necə yəni ora getmək lazımdı? Axı orda türklər var!"

Bütün bunlardan sonra ön xətdə ingilis qoşunlarını yerləşdirən general Denstervil erməniləri arxada ehtiyat qüvvə kimi saxlayır, lakin yenə də istədiyinə nail ola bilmir. Təsadüfi deyil ki, Bakı uğrunda son döyüşlərdən xəbər verən general erməni hissələrinin birdən-birə yoxa çıxması barədə danışır: "Biləcəridə olması əmr edilən yerli taborlar hücum başlayanda heç Bakıdan çıxmamışdılar... general Dokuçayev məni əmin edirdi ki, bu, son belə hadisədir, belə hal bir daha təkrarlanmayacaq".

Sentyabrın əvvəllərində baş vermiş döyüşlər generalın gözlərini tam açdı. O, Sentrokaspi Diktaturasına yazdığı məktubunda qeyd edirdi ki, yaxşı silahlanmış və öz şəhərini xilas etmək əzmində olan 15000 döyüşçü 2-3 min nizami qoşun və toplarla gücləndirilsə, müdafiə üçün çox şey edə bilər. Lakin "bu gün səhər türklər hücum edəndə mən Binəqədi təpələrində idim. Mövqe xəttinə yaxınlaşanda şəhərə tərəf gedən çoxlu əsgər gördüm. Bu zaman 70 nəfərdən ibarət kiçik ingilis dəstəsi onlara tapşırılmış mövqeni fədakarcasına qoruyurdu. Onlar Binəqədidə yerləşmiş Bakı qoşunları ehtiyat hissəsinin köməyə göndərilməsini istəmişdilər. Bizim qoşunlar səhrada çığıran adam kimi cavab almadı və geri çəkilib öz mövqelərini düşmənə təhvil verməyə məcbur oldu".

Növbəti məktubunda general Denstervil açıq-aydın yazırdı: "Biz hələ şəhər və limanı xilas edə bilərik, bir şərtlə ki, Bakı qoşunları onlarda olmayan bir hissə, qətiyyətlə vuruşmaq və təslim olmamaq hissinə sahib olsun. Bir dəfə də görmədim ki, sizin qoşunlara hücum əmri veriləndə arxalarını çevirib qaçmaqdan başqa bir şey etsinlər və sizə açıq bildirirəm ki, belə publika ilə çiyin-çiyinə vuruşmaq mənasızdır".

Maraqlıdır ki, istər Erməni Milli Şurası, istərsə də Sentrokaspi Diktaturası generalın bütün tələblərinə bir cavab verirdi: "Gərək biz Leninin təklifini qəbul edib, Bakıya daha çox bolşevik çağıraydıq" və ya "tələb edirik ki, Bakıya İrandan, ya Bağdaddan kifayət qədər qoşun gətirəsiniz. Bu kömək gələnədək biz Petrovskdan Biçeraxovdan kömək gözləyəcəyik".

Beləliklə, erməni liderləri özləri də bilirdilər ki, qoşunlarının "qəhrəmanlıqları" nədən ibarətdir və dinc əhaliyə divan tutmaqdan başqa əllərindən bir şey gəlmir. Əgər Bakıya təzə gəldiyində Denstervil ermənilərin qəhrəmanlığından yazır, lakin bir dənə də olsun qəhrəmanlıq nümunəsi göstərə bilmirdisə, sonralar o, növbəti döyüşləri belə təsvir edirdi: "Ön mövqelərə göndərilən qoşunlar çox vaxt heç ora gedib çatmırdı"; ''yerli qoşunlar tamamilə etibarsızdır"; "bütün əks-hücumlar onunla nəticələnirdi ki, hücuma keçmək əmrini alan hissələr yavaş-yavaş toplaşır və möcüzəli şəkildə harasa yoxa çıxırdılar". Şəhərin erməni əhalisinin mənəvi keyfiyyətləri də elə erməni qoşunlarının keyfiyyətindən üstün deyildi.

General yazırdı: "Güclü top atəşinə məruz qalan, lakin bundan az ziyan görən Bakıda əhali deyirdi: "Hər şey məhv oldu". Türklər atəşi qoşunlara keçirəndə və doğrudan da hər şeyin məhv edilməsi təhlükəsi yarananda isə əhali deyirdi: "Biz xilas olduq". Və nəhayət, sentyabrm 14-də baş vermiş döyüş barəsində general acı-acı yazırdı: "Bütün üstünlüklərə malik olan qoşunlar elə döyüş başlanan kimi darmadağın edildilər". Qoşunların döyüş ruhu barədə general Denstervilin son nəticəsi belə olmuşdu: "Yaxşı döyüşçü olmaq üçün mətin inam və dəyişməz ideallar olmalıdır. Döyüş stimullarından ən güclüsü-vətənə məhəbbətdir". Xatirələrində о qeyd edirdi: "Uğursuzluqların səbəbi eynidir: inqilabçı öldürə bilər, lakin vuruşa bilməz". Generalın sözləri erməni xislətini aydın göstərir: "onlar qətllər törədə bilərlər, lakin açıq döyüşdə üz-üzə vuruşa bilməzlər".

Polkovnik L.Biçeraxovun qoşunları

Dövrün hadisələrində müstəsna rol L.Biçeraxov və onun silahlı dəstəsinə məxsus idi. Belə ki, hələ I Dünya müharibəsinin gedişində İran ərazisinə rus ekspedisiya korpusu yeridilmişdi. Korpus Türkiyə sərhədində fəaliyyət göstərməli və ingilislərin Mesopotamiya korpusunun arxadan müdafiəsini təşkil etməli idi. Mesopotamiya ərazilərinədək irəliləyən polkovnik L.Biçeraxovun dəstəsi ingilis qoşunları ilə əlaqə yaratmış və elə buradaca Rusiya imperiyası və onun ordusunun dağılması xəbərini almışdı.

Müstəqil şəkildə hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər qüvvəsi olmayan ingilis komandanlığı məhz Biçeraxovun dəstəsindən istifadə etmək qərarına gəldi.

General Denstervil yazırdı ki, "Bizim seçimimiz yoxdur. Biçeraxov qayda-qanunu ən dəhşətli üsullarla yaradır və onun sadiq poruçiki Sovlayev kefi istədiyi qədər günahsız insan həbs edib ki, onların arasında bəlkə bir nəfər günahkar tapılatapılmaya".

Artıq 1918-ci ilin martında Biçeraxovla general Denstervil arasında müqavilə imzalanmışdı. Müqavilənin şərtlərini general Denstervil öz xatirələrində tam göstərir: Denstervil kifayət qədər qoşun toplayana qədər Biçeraxov öz dəstəsini İrandan çıxarmır; əvəzində ingilislər ona maddi yardım göstərir; ingilislərin razılığı olmadan Biçeraxov heç bir əməliyyat keçirmir, əks təqdirdə maliyyə yardımı kəsiləcək; Biçeraxovun ingilislər qarşısında ilk öhdəliyi Xəzərə doğru yolları Denstervilin üzünə bağlayan inqilabçı Kiçik xanın qoşunlarını məğlub etməkdir; İranda fəaliyyəti səmərəli olarsa, Biçeraxov Qafqazda da ingilislərin tam dəstəyini alacaq. Denstervil hətta seçim qarşında qaldığını yazırdı: "ya kazaklar, ya da biz sonrakı işlərdən imtina etməliyik".

Biçeraxovun 1500 kazak döyüşçüsü, məsləhətçi qismində 5 ingilis zabiti və Kroufordun briqadasından zirehli avtomobillər qrupu (4 zirehli ingilis avtomobili) var idi. Sənədlərdə göstərilir ki, ingilislər ona 180 milyon rubl verərək 10 min nəfərlik qoşun toplamağı tapşırsalar da, Biçeraxov, çox böyük çətinliklə öz ətrafında 6 min nəfər cəmləşdirə bilmişdi.

Denstervil yazır ki, Biçeraxovun dəstəsini gəmiyə mindirməzdən əvvəl "mən onu Ənzəlidə görməyə getdim və biz gələcək birgə fəaliyyətimizlə bağlı razılığa gəldik. Bu planlara mən böyük ümid bəsləyirəm, ancaq onlar barəsində bu kitabda susacam".

O yazırdı ki, Biçeraxov ilk döyüşlərini Kür çayı üzərindən salınmış Yevlax körpüsü uğrunda aparıb, lakin əməliyyatlar uğursuz olub. Qoşunların komandanı təyin edilsə də, sol cinaha rəhbərlik etməyə göndərilən Biçeraxov türk-Azərbaycan qoşunlarına güclü müqavimət göstərib, lakin Qafqaz İslam Ordusunun cənub qoşun qrupunun (komandan polkovnik H.Səlimov) səyləri ilə məğlub edilib. Döyüşlərdə itkilər verən Biçeraxov bir zirehli avtomobil də itirdi.

Öz uğursuzluqlarını onun ayağına yazmağa başlayan Bakı Soveti Biçeraxovla münasibətləri tam pozdu və o, öz dəstəsi ilə (2000-2500 nəfər) Biləcəri stansiyasına, oradan isə Dərbəndə getdi. Ehtimal ki, о bu gedişi Dərbəndi öz təsir dairəsinin şimal xətti kimi görən ingilislərlə məsləhətləşmələrdən sonra etdi. İngilis qoşunları avqust ayında Bakıya girəndə Biçeraxov da bura gəlmək istədi, lakin Xaçmaz-Quba-Qusar istiqamətində Azərbaycan könüllü dəstələləri ilə döyüşlərdə yubadıldı və geri qayıtmağa məcbur oldu.

Bakı uğrunda döyüşlərin ağır məqamlarında general Denstervil Biçeraxovu xatırlayırdı: "Biçeraxovun digərləri üçün nümunə biləcək etibarlı, intizamlı qüvvələri bizə çox gərəkli idi. Biz Biçeraxovsuz da fəaliyyət göstərə bilərdik, lakin belədə çox vaxt itirirdik".

1918-ci ilin sentyabrında Dərbənd və Petrovskun müdafiəsinin təşkili ilə məşğul olan Biçeraxov Bakıya gələ bilməsə də, 500 nəfərlik bir dəstəni şəhər müdafiəçilərinin köməyinə göndərdi.

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

Teqlər: 100-il   Bakı   QİO   Bakı-Soveti   Sentrokaspi-Diktaturası   Densterfors  

İngilis generalından etiraflar: "Necə yəni ora getmək lazımdı? Axı orda türklər var!"

2018/09/7_3073845760.jpg
Oxunub: 2214     14:17     15 Sentyabr 2018    