Bakıda “Qafqaz İslam Ordusu” sərgisi açılıb - FOTO

2018/09/thumbs_b_c_d019d003b747244eea7c827f638bda87_1536922756.jpg
Oxunub: 471     19:00     14 Sentyabr 2018    
Dövlət Tarix Muzayində Bakını erməni və bolşevik qüvvələrindən azad edən Qafqaz İslam Ordusu adlandırılan Osmanlı ordusunun komandan və əsgərlərinin xatirəsinə həsr olunmuş sərgi açılıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, sərginin açılışına Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Tarix Muzeyinin müdiri Nailə Vəlixanlı, bir sıra akademiklər və çox sayda dəvətli şəxs qatılıb.

“Millət Sizə Minətdar” adı verilən sərginin açılış mərasimi Türkiyə və Azərbaycanın dövlət himnlərinin ifa edilməsi ilə başlayıb.

Səfir Özoral etdiyi çıxışında Bakının Qafqaz İslam Ordusu tərəfindən 100 il öncə qurtarılmasının Azərbaycanı bu günlərə gətirən çox önəmli bir hadisə olduğunu vurğulayıb.

Türkiyə və Azərbaycanın bu zəfəri böyük təmtəraqla qeyd etdiklərini diqqətə çatdıran səfir iki ölkənin tarix boyunca birlikdə olduğunu ifadə edib.

“Çünki biz iki dövlət, bir millətik. Azərbaycan bizim də vətənimiz. Qafqaz İslam Ordusu 100 il bundan öncə Azərbaycana bu anlayışla gəldi”, - deyə o əlavə edib.

Qeyd edək ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və digər əsgərlərin fotoları, paltarları, silahları və sənədlərin nümayiş etdirildiyi sərgi 14 oktyabra qədər açıq olacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   Azərbaycan   Qafqaz-İslam-Ordusu  

Bakıda “Qafqaz İslam Ordusu” sərgisi açılıb - FOTO

2018/09/thumbs_b_c_d019d003b747244eea7c827f638bda87_1536922756.jpg
Oxunub: 472     19:00     14 Sentyabr 2018    