Əfqanıstanda ötən gün 95 qiyamçı zərərsizləşdirilib – Hesabat

2018/09/Afghanistan-Operation-2_1536921901.jpg
Oxunub: 365     18:43     14 Sentyabr 2018    
Əfqanıstan Müdafiə Nazirliyi ötən gün ərzində ölkənin müxtəlif bölgələrində aparılan əməliyyatlarla bağlı hesabat yayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən sutka ərzində Əfqanıstan ordusu 12 quru və 12 hava əməliyyatı keçirib.

Hesabat görə, Əfqanıstan Hərbi Hava Qüvvələrinin endirdiyi aviazərbələrdən sonra koordinasiyalı şəkildə Quru Qoşunları da zərbələrin endirildiyi ərazilərdə araşdırma və təmizləmə əməliyyatları həyata keçirib.

Məlumata əsasən, əməliyyatlar Nangərhar və Qəzni başda olmaqla ölkənin 10 müxtəlif vilayətində həyata keçirilib.

Əməliyyatlar nəticəsində 67 “Taliban” qiyamçısı zərərsizləşdirilib, daha 28-i isə yaralanıb.

Eyni zamanda hücumlarda qiyamçıların 20-yə qədər sığınacağı və çox sayda silah-sursatı məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Taliban   Hesabat  

Əfqanıstanda ötən gün 95 qiyamçı zərərsizləşdirilib – Hesabat

2018/09/Afghanistan-Operation-2_1536921901.jpg
Oxunub: 366     18:43     14 Sentyabr 2018    