ABŞ Suriyada müxaliflərlə bigə təlimlər keçirir

2018/09/Снимок_1536921296.png
Oxunub: 454     18:33     14 Sentyabr 2018    
ABŞ Dəniz Piyada Qüvvələri Suriyanın cənubunda müxaliflərlə birgə hərbi təlimlərə start verib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı müxalif “Məqhavir Əl-Təvra” qruplaşmasının “polkovnik”i Muhanəd Əl-Təala bildirib.

O qeyd edib ki, təlimlər ölkənin cənubunda İraq və İordaniya sərhədləri yaxınlığındakı Əl-Tənf bölgəsində yerləşən ABŞ-a məxsus hərbi bazada keçirilir.

Məlumata əsasən, 8 günlük təlimlərdə ABŞ ordusu müxalif qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə öz təcrübələrini onlarla bölüşür.

Qeyd edək ki, təlimlərdə hər iki tərəfdən ümumilikdə 40-dan çox hərbi texnika və yüzlərlə hərbçi iştirak edir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Suriya   Müxalif-Qüvvələr   Hərbi-Təlimlər  

ABŞ Suriyada müxaliflərlə bigə təlimlər keçirir

2018/09/Снимок_1536921296.png
Oxunub: 455     18:33     14 Sentyabr 2018    