Husilər Nəcran və Məribə hücumlar ediblər - FOTO

2018/09/manar-02179860014751547677_1536920681.jpg
Oxunub: 456     18:23     14 Sentyabr 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Nəcran və Mərib vilayətlərinə ballistik raket və artilleriya hücumu həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbə bildirib.

Bildirilib ki, husilər Nəcran vilayətində "Bədr-1" ballistik raketi vasitəsilə Səudiyyə Ərəbistanı ordusunun düşərgəsini hədəf alıb. İddialara əsasən, raket hücumu nəticəsində bir neçə hərbçi ölüb və ya yaralanıb.

Növbəti hücumun isə Məribdə hərəkətdə olan Səudiyyə hərbi karvanına edildiyi bildirilir. Məlumata əsasən, hücum zamanı 2 hərbi texnika istifadəyə yararsız hala salınıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Səudiyyə-Ərəbistanı   Husilər   Nəcran   Mərib  

Husilər Nəcran və Məribə hücumlar ediblər - FOTO

2018/09/manar-02179860014751547677_1536920681.jpg
Oxunub: 457     18:23     14 Sentyabr 2018    