İsrail və Rusiya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

2018/09/Снимок_1536919695.png
Oxunub: 231     18:08     14 Sentyabr 2018    
Rusiya və İsrail təhlükəsizlik nümayəndələri Yaxın Şərqdəki, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə etmək üçün bir araya gəliblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş Moskvada baş tutub.

Məsələ ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı məlumata əsasən, Rusiyanı görüşdə şuranın rəsmisi Nikolay Patruşev, İsraili isə milli təhlükəsizlik üzrə məsləhətçi Meyir Ben-Şəbbat təmsil edib.

Bildirilib ki, görüşdə tərəflər Suriyadakı vəziyyəti müzakirə edib, Tehran sammitindən əldə edilən nəticələrə toxunublar.

Qeyd edək ki, İsrail rəsmisi Rusiyanın terrorla mübarizədə göstərdiyi səyləri dəstəklədiklərini bildirsə də, İdlib əməliyyatlarının təhlükəli ola biləcəyini qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Rusiya   Suriya   Yaxın-Şərq  

İsrail və Rusiya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

2018/09/Снимок_1536919695.png
Oxunub: 232     18:08     14 Sentyabr 2018    