SQQ Deyr əz-Zorda böyük nailiyyət əldə edib

2018/09/Syrian-Army-tank-in-northern-Deir-Ezzor_1536916028.jpg
Oxunub: 507     17:36     14 Sentyabr 2018    
Suriya Quru Qoşunları bu həftənin əvvəlində gözlənilməz şəkildə hücuma başladığı Deyr əz-Zorun qərb bölgəsində böyük nailiyyətlər əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Deyr əz-Zorda olan hərbi mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin dəstəyini də arxasına alan SQQ Xüms vilayətinin sərhədində yerləşən Bədiyə Əl-Şam regionunda İŞİD-in sığınacaqlarına ağır zərbələr endirib.

Ordunun bir neçə strateji nöqtəni ələ keçirdiyi və T-3 nasos stansiyası yaxınlığındakı bölgələrə nəzarəti bərpa etdiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya   Deyr-əz-Zor   İŞİD   Terrorla-Mübarizə  

SQQ Deyr əz-Zorda böyük nailiyyət əldə edib

2018/09/Syrian-Army-tank-in-northern-Deir-Ezzor_1536916028.jpg
Oxunub: 508     17:36     14 Sentyabr 2018    