İraqda İŞİD-ə qarşı əməliyyatlar davam etdirilir

2018/09/3820358bd99aa361500d88f94864f14d-608x360_1536915904.jpg
Oxunub: 501     17:02     14 Sentyabr 2018    
İraq təhlükəsizlik qüvvələri ölkənin Neynəvə vilayətində İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İraq Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, əməliyyatlara ordu ilə yanaşı polis və jandarma qüvvələri də qoşulub.

Məlumata əsasən, Neynəvənin Mosul şəhərində keçirilən geniş miqyaslı anti-terror əməliyyatları nəticəsində onlarla şübhəli şəxs saxlanılıb. Saxlanılanlardan 6-sı barədə artıq əhatəli araşdırma işlərinin başlanılması barədə əmr verilib.

Qeyd edək ki, nəzarət altına götürülən şəxslərin İŞİD terror qruplaşması ilə əlaqədə olduqları ehtimal edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İraq   İŞİD   Terrorla-Mübarizə  

İraqda İŞİD-ə qarşı əməliyyatlar davam etdirilir

2018/09/3820358bd99aa361500d88f94864f14d-608x360_1536915904.jpg
Oxunub: 502     17:02     14 Sentyabr 2018    