Millət vəkilləri Türkiyə və Gürcüstanla hərbi əməkdaşlıq sazişini müzakirə edirlər

2018/09/6456_1536918534.jpg
Oxunub: 402     16:30     14 Sentyabr 2018    
Parlamentin komitəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilir.

Ordu.az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumun təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi çox vacibdir. Bu, hər region üçün vacib əhəmiyyət kəsb edir, həm də bütün dünyaya bir mesajdır.

S.Seyidov qeyd edib ki, bu əlaqələr iqtisadi, mədəni və humanitar sahədə deyil, o cümlədən hərbi sahədə yüksək səviyyədə inkişaf edir: “Güclü orduya sahib Azərbaycan Türkiyənin və Gürcüstanın da dəstəyinə malikdir. Bu, Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir”.

Memorandum Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ordu.az

Teqlər: Azərbaycan   Türkiyə   Gürcüstan  

Millət vəkilləri Türkiyə və Gürcüstanla hərbi əməkdaşlıq sazişini müzakirə edirlər

2018/09/6456_1536918534.jpg
Oxunub: 403     16:30     14 Sentyabr 2018    