Rusiyalı səfir: “ABŞ və Rusiya uğurlu anti-terror əməkdaşlığı nümayiş etdirib”

2018/09/Снимок_1536914036.png
Oxunub: 407     16:37     14 Sentyabr 2018    
"Təəssüf ki, hazırda ABŞ-da Rusiya əleyhinə dezinformasiya maşınları yalan xəbərlər tirajlamağa davam edir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

O qeyd edib ki, hazırda ABŞ-da bir çoxları Rusiyanın imicinə xələl gətirəcək saxta informasiyalar yayır və bununla da Rusiyanın beynəlxalq arenada yanlış təqdim edilməsinə şərait yaradır.

“Hazırda ABŞ-da Rusiyanın bəyənilmədiyi, sanki Moskvanın bütün təxribatçı cəhdlərin başında gəldiyi hissini oyadan bir çox qurum var ki, bu da təəssüf ki, ictimaiyyətdə Rusiyaya qarşı yanlış fikir oyadır. Ancaq onlar unudurlar ki, ABŞ və Rusiya arasında müxtəlif dövrlərdə sağlam əməkdaşlıqlar qurulub və bu indi də mümkündür. Hətta bizim terrorla mübarizədə uğurlu əməkdaşlıq nümunələrimiz xüsusilə qeyd edilməlidir”, - deyə Antonov bildiirb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Terrorla-Mübarizə  

Rusiyalı səfir: “ABŞ və Rusiya uğurlu anti-terror əməkdaşlığı nümayiş etdirib”

2018/09/Снимок_1536914036.png
Oxunub: 408     16:37     14 Sentyabr 2018    