SQQ Sveydə əməliyyatlarına davam edir

2018/09/Снимок_1536913485.png
Oxunub: 179     16:23     14 Sentyabr 2018    
Suriya Quru Qoşunlarının ötən gün İŞİD-ə endirdiyi artilleriya hücumları bu gün səhərin erkən saatlarından etibarən qaldığı yerdən davam etdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya hökumət mənbələri yayıb.

Bildirilib ki, strateji Əl-Səfa dağlarında fəaliyyət göstərən 1000-1500 arası İŞİD terrorçusu endirilən zərbələrə baxmayaraq müqaviməti davam etdirir.

Məlumata əsasən, ötən gün həyata keçirilən hücumlardan sonra mühasirə zolağını daha 3,5 km irəli çəkən ordu qüvvələri artilleriya zərbələri üçün effektiv mövqelər əldə ediblər.

Belə ki, bu gün səhərdən etibarən yeni mövqelərə yerləşdirilmiş toplardan intensiv olaraq bir neçə saat artilleriya hücumları edilib. Zərbələr nəticəsində azı 20 terrorçunun məhv edildiyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: SQQ   İŞİD   Sveydə   Terrorla-Mübarizə  

SQQ Sveydə əməliyyatlarına davam edir

2018/09/Снимок_1536913485.png
Oxunub: 180     16:23     14 Sentyabr 2018    