Putin hərbi əlaqələri müzakirə etmək üçün Dehliyə gedəcək

2018/09/5b01ee19dda4c8ba308b45ac_1536913001.jpg
Oxunub: 480     16:14     14 Sentyabr 2018    
Rusiya prezidenti Vladimir Putinin oktyabrda Hindistana rəsmi səfər etməsi planlaşdırılır.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan Xarici İşlər naziri Suşma Svarac bildirib.

O rusiyalı həmkarı ilə görüşdən öncə qeyd edib ki, səfərin oktyabrın 4-ü baş tutması gözlənilir.

“Biz ikitərəfli əməkdaşlıqda yeni cığır açmışıq və bu əlaqələrə heç kim zərər vura bilməz. Rusiya və Hindistan müsbət istiqamətdə davam edən əlaqələrini bundan sonra da davam etdirəcəklər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, artıq Kremlin mətbuat katibi Dmitri Peskov da bunu təsdiqləyib və bildirib ki, görüşdə əsas müzakirə mövzusu hərbi əməkdaşlıq olacaq.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Hindistan   Səfər  

Putin hərbi əlaqələri müzakirə etmək üçün Dehliyə gedəcək

2018/09/5b01ee19dda4c8ba308b45ac_1536913001.jpg
Oxunub: 481     16:14     14 Sentyabr 2018    