Pakistan BMT-nin missiyalarında 156 əsgər qurban verib

2018/09/345345_1536909791.jpg
Oxunub: 390     15:17     14 Sentyabr 2018    
Bu vaxta qədər BMT-nin sülhməramlı missiyalarında Pakistan ordusundan 156 hərbçi həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistanın BMT yanındakı daimi nümayəndəsi Məlihə Lodhi bildirib.

Sülhməramlı əməliyyatlarla bağlı BMT Təhlükəsizlik Şurasının debatlarında iştirak edən Lodhi Pakistanın bu missiyalara verdiyi töhfələrdən danışıb.

Onun sözlərinə görə, Pakistan 1960-cı illərdən etibarən BMT-nin 43 sülhməramlı missiyasına ümumilikdə 200 mindən çox əsgər göndərib.

Bu missiyalarda 156 qurban verildiyini xatırladan səfir Təhlükəsizlik Şurasının missiyalara dair praktiki analizlərə əsaslanaraq nəticələr çıxarılmalı olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pakistan   BMT  

Pakistan BMT-nin missiyalarında 156 əsgər qurban verib

2018/09/345345_1536909791.jpg
Oxunub: 391     15:17     14 Sentyabr 2018    