İsrail ən böyük limanının açarlarını Çinə verir: Bəs ABŞ donanması?

2018/09/456456_1536909672.jpg
Oxunub: 459     15:06     14 Sentyabr 2018    
Çin İsrailin iddiaya görə, nüvə silahlı sualtı gəmilərinin yaxınlığındakı “Haifa” limanını istifadə edəcək.

Ordu.az “Haaretz”ə istinadən xəbər verir ki, bu barədə Haifa Universitetinin Dəniz Siyasəti və Strategiyası üzrə Tədqiqat Mərkəzinin sədri Şaul Horev danışıb.

O, Çinin Aralıq dənizindəki limanlara, xüsusilə İsrail limanlarına yatırdığı investisiyalara diqqət çəkərək bildirib ki, Çin firması tezliklə “Haifa” işlətməyə başlayacaq.

O, Çin investisiyalarının İsrailin təhlükəsizlik maraqlarını riskə atmadığından əmin olmaq üçün xüsusi mexanizmlər hazırlanmalı olduğunu vurğulayıb.

“Çin nə vaxt bir liman alsa, kənardan elə görünür ki, o, bunu Hind okeanından Süveyş kanalı vasitəsilə Avropaya gedən ticarət xəttinin davamlılığını təmin etmək üçün edir. Bəs bu iqtisadi xəttin təhlükəsizlik riski varmı? Biz bunun potensial təhdidlərini nəzərdən keçirmirik. Amerikalı yüksək səlahiyyətli rəsmilərdən biri bir dəfə hansısa konfransda ABŞ-ın Altıncı Filotiliyası “Haifa”nı öz evi kimi görə bilərmi deyə sual ünvanladı. Çinin bu limanı almasından sonra bu sual artıq gündəmdə deyil”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu xəbərdən sonra amerikalılar artıq öz diqqətlərini Cənubi Çin dənizi və İran körfəzinə cəmləyiblər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   ABŞ   İsrail  

İsrail ən böyük limanının açarlarını Çinə verir: Bəs ABŞ donanması?

2018/09/456456_1536909672.jpg
Oxunub: 460     15:06     14 Sentyabr 2018    