Rusiyanın döyüş gəmiləri Suriya ətrafında qalmağa davam edir

2018/09/ap17174286281440_1536908411.jpg
Oxunub: 345     14:58     14 Sentyabr 2018    
Rusiyanın bir müddət öncə Suriya sahillərində həyata keçirdiyi təlim məqsədilə Aralıq dənizinə gələn döyüş gəmilərindən bir çoxunun hələ də burda qaldığı bildirilir.

Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Erik Pahon bildirib.

Pahonun sözlərinə görə, çox sayda Rusiya gəmisi Suriyaya yan alıb və bunların əksəriyyəti “Kalibr” qanadlı raketlərilə silahlanıb.

“Sual olunur, niyə Rusiyanın regiondakı dəniz mövcudluğu artmaqda davam edir? Birləşmiş Ştatlar və onun müttəfiqləri Əsəd rejiminin İdlibə hücum edəcəyi təqdirdə humanitar böhranın meydana gələcəyindən narahatdır”, - deyə Pahon bildirib.

Qeyd edək ki, Suriyada gərginliyin artması ABŞ-ın amfibik hücum gəmisi “USS Essex”in Yaxın Şərqə yerləşdirilməsi ilə bir qədər də qızışıb. Gəmi hazırda Afrika buynuzunda göyərtəsindəki F-35B-lərlə təlim keçir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Suriya  

Rusiyanın döyüş gəmiləri Suriya ətrafında qalmağa davam edir

2018/09/ap17174286281440_1536908411.jpg
Oxunub: 346     14:58     14 Sentyabr 2018    