Ekspertlər: “Rusiya və Çin hərbi əməkdaşlığı Avropanı narahat edə bilər”

2018/09/234234234_1536906182.jpg
Oxunub: 187     14:21     14 Sentyabr 2018    
Rusiyanın Çinlə həyata keçirdiyi, Birləşmiş Ştatlara qarşı fokuslanmış hərbi təlimləri Avropa dövlətləri arasında təhlükəsizlik narahatlığı qaldıra bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Vostok-2018” təlimləri barədə şərh verən hərbi ekspertlər danışıblar.

Ekspertlərin sözlərinə görə, Çin rəsmilərinin təlimlərin terrorla mübarizəyə istiqamətləndiyinə bildirsələr də, Avropa dövlətləri hazırda Pekin və Moskvanın artan gücünü özlərinə qarşı təhdid kimi görürlər.

Avropalı adı açıqlanmayan diplomat bildirib ki, Çin və Rusiya arasındakı hərbi əməkdaşlıq xüsusilə son illərdə yüksəlir və belə sıx əlaqələr digər kiçik ölkələri qıcıqlandıra bilər.

Brüssel Azad Universitetinin beynəlxalq siyasət üzrə professoru Conatan Holslaq bildirib ki, hazırda Çin və Rusiyanın təlimlərindən təcili narahatlıq olmasa da, Avropa siyasi dairləri bu əməkdaşlığı yaxından izləyir.

“Bu iki ölkənin yaxınlaşması, xüsusilə Rusiyanın təbii resursları və Çinin sənaye gücü Qərbə böyük problem kimi yüksələ bilər”, - deyə Holslaq bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Çin   Təlimlər  

Ekspertlər: “Rusiya və Çin hərbi əməkdaşlığı Avropanı narahat edə bilər”

2018/09/234234234_1536906182.jpg
Oxunub: 188     14:21     14 Sentyabr 2018    